Veritas Business Suite

Veritas Business Suite

Veritas Business Suite[1] proqramı Veritas Management Systems Şirkətinin idarəetmə sistemlərinin avtomatlaşdırılması xidməti sahəsində hazırladığı proqram təminatı (software) məhsuludur. Proqramın əsas məqsədi şirkətin bütün səviyyələrinin strategiyanın həyata keçirilməsi üçün səfərbər edilməsi və şirkətin strategiyaya uyğun formada effektiv idarə edilməsinə yardım göstərməkdir. "Proqramın əsas funksiyası qəbul edilmiş strateji qərarlarla gündəlik əməliyyat məlumatlarını əlaqələndirmək və şirkətin idarə edilməsində lazımi məlumatları rahat şəkildə menecerlərin istifadəsinə verməkdir"[2]. VBS proqramının əsasında Balanslaşdırılmış Göstəricilər Sistemi dayanır. Bu sistem dünyanın ən qabaqcıl 500 şirkətinin əksəriyyəti[3] tərəfindən strateji idarəetmə sistemi kimi uğurla istifadə olunur. Bu sistemin tətbiqi ilə şirkətin bütün təşkilati səviyyələri və əməkdaşları strategiya ilə uyğunlaşdırılır və qısa müddət ərzində uğurlu nəticələr göstərməyə səfərbər edilir. Veritas Business Suite proqramının şirkətə verə biləcəyi əsas faydalar aşağıdakılardır:

  • Göstəricilər paneli vasitəsi ilə şirkətin bütün əməliyyat nəticələri top menecerlərə təqdim edilir. Bu panel onlara çevik strateji qərarvermə imkanları yaradır.
  • Proqram performans məlumatların yığılması, idarə edilməsi və hesabatların hazırlanmasını avtomatlaşdırır. Bu isə həm zaman və əmək sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır, həm də idarəetmədə subyektivliyin aradan qaldırılmasına yardım göstərir.
  • Strategiyanın bütün elementləri (məqsədlər, hədəflər, KPİ-lar, layihələr və s.) arasında sıx əlaqənin formalaşdırılması imkanı yaradır. Məhz bu yolla şirkət təşkilatın bütün səviyyələrdə meydana çıxa biləcək kritik məsələlərə diqqətini çevik şəkildə cəlb edə bilir. Proqram idarəetmə zamanı ortaya çıxan istənilən problemin kökünü tapmağa imkan yaradır.
  • Sadə və istifadəsi asan interfeysə malik olduğundan bu proqram strategiyanın həyata keçirilməsi və idarə edilməsində bütün işçilərin fəal iştirakını təmin edmək iqtidarındadır.
  • Xəbərdarlıq işarələri, qrafiklər və digər vizual göstəricilər vasitəsilə şirkətin performansının asanlıqla təhlil edilməsinə imkan yaradır.

Veritas Business Suite proqramı hazırlanarkən Azərbaycanın biznes mühiti, onun üçün səciyyəvi idarəetmə və texniki məqamları nəzərə alınmışdır. Proqramın bütün mülkiyyət hüquqları Veritas Management Systems[4] şirkətinə məxsusdur. Şirkət, istər Balanslaşdırılmış Göstəricilər Sisteminin tətbiq edilməsi, istərsə də Veritas Business Suite proqramının istifadəsi üçün tələb olunan bütün məsləhətləri və texniki dəstəyi həyata keçirir.

İstinadlar[redaktə | mənbəni redaktə et]