Versinqetorik(lat. Vercingetorix; e.ə. 82 – e.ə. 46) — Qalliyanın harvern tayfasının başçısı. Sezara qarşı üsyan başçısı.
Versingetorik | |
---|---|
Doğum tarixi | təq. e.ə. 80 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 46[1][2] |
Vəfat yeri | |
Fəaliyyəti | qəbilə lideri[d], hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Eradan əvvəl yanvar 52-ci ildə Roma legionununa qarşı Vercingetorix öz tərəfdarları tərəfindən məcbur edilərək, birləşmiş Qalliya mərkəzi və şərq toplumlarının dəstəyi ilə Yuli Sezara qarşı silahlara sarılırlar.
Vercingetorix uzun zaman özündən güclü düşmənə qarşı dirənir və eyni zamanda uğurlu bir şəkildə romalılara böyük zərər verir. Qalliyada olan və Sezarın əsgərlərinə lojistik dəstək verən taxıl məhsullarının yandırılmasını əmr edir.
Roma legionuları üçün məsafə aratma nəticə ilə ərzaq yolları yox olmaq təhlükəsinə məruz qalırlar. Sezar bu səbəbdən dolayı uğursuz olur və yüksək itkilər verdiyi Gergovia təərüzündən sonra məcburi geri çekilməyə zorlanır. Nəticədə hər yeddinci (centurion) yüzbaşını itirir.
Vercingetorix ilə güclü Kelt birlikləri geri çəkilən Roma legionları qısa bir müddətdə olsa izlənərək çatışmalar yer yer davam edərək bir sürə belə davam edir.
Kelt birliklerine o anda Haeduer tayfası da qatılır. Bu tayfa Sezarı o ana qədər tam dəstəkləməkdədir. Bu xəyanət Yuli Sezarı böyük təhlükəyə soxur. Bilinməsi gərəkən nöqtədə Vercingetorix və öz tayfası olan Arverniler ilə Haeduer bir-birinə rəqib olmasıdır.