Vest-Hind şirkəti (İsveçrə)

İsveçrə Vest-Hind şirkəti (isv. Svenska Västindiska kompaniet) — 1786-cı ildə Qərbi Hindistanla ticarət etmək üçün İsveçdə qurulan ticarət şirkəti.

Vest-Hind şirkəti
Svenska Västindiska kompaniet
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1786
Bağlanma tarixi 22 may 1805
Sen-Bartelmi adası XVIII əsrin sonu — XIX əsrin əvvələri

XVIII əsrdə İsveç hökuməti zaman zaman Qərbi Hindistanla birbaşa ticarət açmağı düşünürdü, lakin müstəmləkə dövlətləri xarici gəmilərin öz koloniyalarının limanlarına girməsinə icazə vermədiyi üçün bu planlar yalnız kağız üzərində qaldı.

1745-ci ilin dekabrında "Abraham & Yakob Arvedson və şirkət" ticarət evi bu cür ticarəti həyata keçirmək imtiyazını qazandı, lakin Stokholmdakı İspan elçisi o qədər sərt etiraz etdi ki, şirkət onu tərk etmək məcburiyyətində qaldı. Ticarət heyəti imtiyazı digər tacirlərə vermək niyyətində idi, lakin bunun üçün heç bir istək göstərmədilər.

ABŞ İstiqlal müharibəsi dövründə dörd Qərbi Hindistan limanında ticarətə icazə verildi və kral oradan gələn bütün İsveç gəmilərinə bəzi gömrük rahatlığı verdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]