Vey Yi

Vey Yi (2 iyun 1999-cu ildə anadan olmuşdur) Çin qrosmeysteridir və şahmat dahisidir. 1 Mart 2013-cü il tarixində Reykyavik Open Turnirində özünün sonuncu qrosmeyster normasını yerinə yetirərək 13 yaş, 8 ay, 23 gün yaşında tarixdə dördüncü, o zaman üçün isə dünyada ən gənc qrosmeyster titulunu qazanır.

Vey Yi
çin. 韦奕
Vey Yi 2012-ci ildə Afinada
Vey Yi 2012-ci ildə Afinada
Ölkə Çin
Doğum tarixi (24 yaş)
Doğum yeri Yancheng Çin
Titulu qrosmeyster
Son reytinqi
  • 2.726 (iyun 2023)[1]
Maksimal reytinqi 2734 (yanvar 2015)
FİDE nömrəsi 8603405
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vey Çin Şahmat Liqasında Jiangsu Taizhou klubunu təmsil edir.

Karyerası[redaktə | mənbəni redaktə et]

İlk illəri[redaktə | mənbəni redaktə et]

2007-ci ildə Çin Şahmat Çempionatında B qrupunda mübarizə apardı və qrosmeyster Zhou Jianchao ilə oyunu heç-heçə olmuşdur.

2010-cu ildı 12 yaşlılar arasında Asiya Gənclər Şahmat Çempionatında qalib oldu və eyni diviziyonu Dünya Gənclər Şahmat Çempionatında da qalib gəldi.

2012[redaktə | mənbəni redaktə et]

2012-nin avqustunda o birinci GM normasını Afinada keçirilən Dünya Gənclər Şahmat Çempionatında yerinə yetirdi. Həmin yarışda Richárd Rapport üzərində qələbə və qalib Alexander Ipatov ilə heç-heçə elədi. Yariş yanvarın 1-də 20 yaşlılara qədər açıq keçirilirdi, Vey o vaxt 12 yaşında idi.

Oktyabrda o ikinci GM normas;n; İndoneziya Open Turnirində Michal KrasenkowSergey Fedorchuk üzərində qələbəsi ilə yerinə yetirdi.

2013[redaktə | mənbəni redaktə et]

Fevralda o final normasini Reykjavik Open turnirinde 10 oyundan 7½ xal qazanmaqla qorudu. Turnirdə Maxime Vachier-Lagrave üzərində qələbə qazandı və 6-cı yerlə bitirdi.

2013-cü ilin avqustunda o, Tromsoda keçirilən Dünya Kubokunda debüt çıxışını etdi. İlk turda Ian Nepomniachtchi, növbəti turda Alexei Shirov üzərində qələbə qazanır, növbəti maçda Şəhriyar Məmmədyarova məğlub olur.

Həmin ilin noyabrında reytinq listdə 2600-ü keçən ən gənc idmançı kimi qeyd olunur. O zaman reytinqi 2604 idi. Uesli Sonun rekordunu qırdı.

2014[redaktə | mənbəni redaktə et]

Tromsoda keçirilən Olimpiyadada ehtiyat lövhəsində 5 oyundan 4 xal toplayaraq millisinə qızıl medal qazanmaqda yardımçı oldu.

Hindistanın Pune şəhərində keçirilən Gənclər arasında Dünya birinciliyində Lu Shanglei-dən sonra ikinci nəticə göstərir.

2015[redaktə | mənbəni redaktə et]

Yanvarda Vey Tata Steel Şahmat Turnirində Challenger Group-u uddu, 13 oyundan 10½ xal toplamışdı və ELO reytinqi 2804 olmuşdur.

2015-ci ilin aprelində Çin millisinin tərkibində komandalar arası Dünya Çempionatında iştirak edərək qızıl medal qazanır. Onun şəxsi nəticəsi 5 qələbə, 4 bərabərlik oldu.

Vey may ayında keçirilən milli çempionatda Ding Liren, Wang Hao, Yu Yangyi kimi şahmatçıları geridə qoyaraq ilk yeri tutur.

İyun ayında ikinci dəfə ənənəvi Magistral de León rapid turnirində qalib oldu. Finalda Maxime Vachier-Lagrave-ı məğlub etmişdir.

Məşhur oyunları[redaktə | mənbəni redaktə et]

Wei Yi vs. Alexey Shirov, World Cup 2013

Wei Yi vs. Anne Haast, Tata Steel Group B (2015)

Wei Yi vs L Bruzon Batista, 6th Hainan Danzu (2015)

  1. FİDE FIDE Standard Ratings as of 30 jun 2023. 2023.