Veysayd mehmanxanasının hekayələri

"Veysayd mehmanxanasının hekayələri" (Tales of a Wayside Inn) — Amerikan şair Lonqfello (Henry Wadsworth Longfellow) tərəfindən yazılmış şeirlər kitabıdır. Kitab 1863-cü ildə çap edilmişdir. Kitabın adındakı "Veysayd" mehmanxanası Amerika Birləşmiş Ştatları Massaçusets şəhərinin "Sudbury" əyalətində yerləşən bir mehmanxanadır. Lonqfello Massaçusets, Kembric şəhərindən 20 mil uzaqlıqda yaşayırdı. Bu mehmanxana Kembric insanlarının getməkdən ən çox həzz aldığı yerlərdən biri idi. Mehmanxananın adı ilə yanaşı həm də kitabda yer alan surətlər də real insanlardır və Lonqfelloun dostları olmuşdur. Kitab onların bir-birinə Veysayd mehmanxanasına gedərkən söylədiyi hekayələrdən ibarətdir. Kitabda bu hekayələr şeir formasında verilir.

Veysayd mehmanxanasının hekayələri
ing. Tales of a Wayside Inn
Müəllif Henri Lonqfello
Ölkə

Yazılma və çap olunma tarixi

[redaktə | mənbəni redaktə et]

Lonqfello 1861-ci ildə həyat yoldaşının ölümündən sonra onda yaranan kədərlə mübarizə aparmaq üçün böyük öçülü bir əsərə başlayır. Bu kitabı yazarkən o həm də özünün ABŞ Vətəndaş müharibəsi dövründəki şəxsi mübarizəsi, böyük qardaşının müharibədə yaralanması və xəstələnməsini də aydınlaşdırmışdır. Kitabın "Sudbury hekayələri" adı ilə nəşr olunması düşünülmüşdür, lakin daha sonra bu adın Cefri Çoserin "Kenterberi Hekayələri" adı ilə bənzərliyinə görə kitabın adı çap olunmazdan əvvəl Lonqfellonun dostu tərəfindən, 1862-ci il 11 Oktaybrda dəyişmişdir.

Lonqfello bu mehmanxananı 1862-ci ildə bir dostu ilə ziyarət etmişdir. Həmin vaxt mehmanxananın adı "Red Horse Tavern" adlanırdı və 1861-ci ildə sahibinin ölümündən sonra bağlanmışdı. 1897-ci ilə qədər bura mehmanxana kimi yenidən açılmadı. Lonqfello vəfat etmiş mehmanxana sahibinin qohumu ilə tanış olur və ondan buranın tarixi haqqında məlumatlar alır. 1923-cü ildə Henri Ceyms buranı satın alır, yenidən bərpa edir və bir xeyriyyə mərkəzinə bağışlayır. Bu günlərdə həmin mehmanxana hələ də qalmaqdadır.

Kitabdakı əksər hekayələr Lonqfellonun geniş ədəbi mütaliəsinin nəticəsidir-onların coxu Avropa əfsanələrinə, bir neçəsi isə Amerikaya aid mənbələrə aiddir. Onlardan ən məşhuru isə "Paul Revere's Ride" şeiridir. "Kral Olafın Dastanı" isə kitabdakı ən qədim şeirdir. Lonqfello bu şeiri 1856-cı ilin əvvəlində yazmağa başlamışdır.

Kitab ilk dəfə 1863-cü il 23 Noyabrda 15000 nüsxə ilə çap edilmişdir və çap olunduğu gün satılıb qurtarmışdır. Nyu-York Tayms qəzeti kitabı "mükəmməl şərh" deyə adlandırmışdır. Kitab ikinci dəfə 1870-ci ildə və üçüncü dəfə isə 1872–1873-cü illərdə map edilmişdir. Sonrakı nüsxələrinin satılmasına baxmayaraq, onlar ilk nüsxələr qədər məşhurlaşa bilmədi.

Kitabda yer alan və real həyatda var olan surətlər: Daniel Tridvel (teoloq), Liman Hou (mülkədar), Henri Veyls (tələbə), Ole Bul (musiqiçi), İsak Edrehi (İspan yəhudi), Tomas Viliam Parsans (şair).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://www.wayside.org/history/longfellows-tales-wayside-inn-1862 Arxivləşdirilib 2016-12-11 at the Wayback Machine