Veysyarv gölü

Veysyarv gölü (est. Veisjärv, Veisejärv) — Estoniyanın cənubunda yerləşən kiçik göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Vilyandima qəzasının Tarvastu volostuna daxildir.

Veysyarv gölü
est. Veisjärv
Ümumi məlumatlar
Mütləq hündürlüyü 96 m
Eni 1,76 km
Uzunluğu 3,45 km
Sahil uzunluğu 9,048 km
Sahəsi 4,807 km²
Su tutumu 26,1 km²
Dərin yeri 4 m
Orta dərinliyi 1,3 m
Minerallaşma tipi şirin
Yerləşməsi
58°05′50″ şm. e. 25°45′15″ ş. u.
Ölkə  Estoniya
Veysyarv gölü xəritədə
Veysyarv gölü
Veysyarv gölü

Veyosyarv gölü Vırtyarvs su toplayıcı hövzəsinə, Şərqiestoniya sutoplayıcı dairəsinə daxildir. Göl Karksi-Nuya şəhərindən 10 km şərqdə, 96 m dəniz səviyyəsindən yuxarıda yerləşir. Göl yaxınlığında Veyosyarve və Miyaekyula kəndləri vardır.

Su tutarının akvatoriyası Rubina qoruğu ərazisinə daxildir (Rubina looduskaitseala)[1]. Göldə adi ilişkən balığı (lat. Misgurnus fossilis) yayılmışdır.

Veysyarv gölünun suyunun sərtliyi orta ağırdır. Limnoloji tipologiyasına görə sərt sulu göldür. 1950-ci illərdə göldə aparılan tətqiqatlar zamanı gölü hidrokarbonatlı göllər sinfinə daxil etmişlər. Minerallaşma 238,4 ilə 94,4 mq/l[2] arasında dəyişir. Mezohumuslu göllər siyahısına daxildir[3].

Gölün ümumi sahəsi 481,1 ha-dır (Estoniyanın sahəsinə görə 8-ci ən böyük su tutarı[4] və 7-ci ən böyük gölüdür[5]). Gölün uzunluğu — 3450 metr, eni — 1760 metrdir. Gölün ən dərin hissəsi 4 m, orta dərinliyi 1,3 metrdir. Sahil xəttinin uzunluğu isə 9048 m-dir. Su toplayıcı sahəsi 26,1 km² bəradərdir. Suyunun dəyişməsi ildə bir dəfə baş verir.

Gölün şərq sahilləri nisbətən hündürdür. Burada quru tarlalar yerləşir. Qərb hissəsi isə bataqlıqlaşmışdır[6]. Göl şimaldan Yiski kanalına birləşir (Jõksi kraav)[7]. Cənub hissəsindən isə Ixne çayı (Õhne jõgi)[8] başlayır. Sonradan isə Vırtcyarv gölünə tökülür.

Göldə adi külmə, adi durnabalığı, çay sufu, qızılüzgəc, çapaq, adi xanı balığıçay angvili[9] kimi balıqları müşahidə etmək olar. Veyosyarv gölündə çapaq balıqları sürətli artıma malikdir[10].

  1. Keskkonnaregistri avalik teenus. Rubina looduskaitseala Arxivləşdirilib 2016-04-13 at the Wayback Machine. Keskkonnainfo. register.keskkonnainfo.ee.
  2. Реферативный журнал геофизика, Выпуски 5–8. 1957
  3. Реферативный журнал: Химия, Выпуски 11–12. 1962
  4. "Eeesti järvede nimestik. Looduslikud ja tehisjärved" (PDF). 2016-03-09 tarixində Eeesti järvede nimestik orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2018-03-23.
  5. "Информация о водоёмах и водотоках". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-07.
  6. Tartu ülikooli juures oleva Loodusuurijate seltsi Aruanded. 1930
  7. Keskkonnaregistri avalik teenus. Jõksi kraav Arxivləşdirilib 2016-04-13 at the Wayback Machine. Keskkonnainfo. register.keskkonnainfo.ee.
  8. Keskkonnaregistri avalik teenus. Õhne jõgi Arxivləşdirilib 2016-04-13 at the Wayback Machine. Keskkonnainfo. register.keskkonnainfo.ee.
  9. "Veisjärv (Viljandimaa)" (eston). Lõuna-Eesti Kalastajate Klubi. 2015-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  10. Основы биопродуктивности внутренних водоёмов Прибалтики. 1975