Vidadi Əliyev (professor)

Əliyev Vidadi Yusif oğlu (31.10.1939, Xankəndi – 25.8.2010, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru (1985), professor (1987).

Vidadi Əliyev
Vidadi Yusif oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Xankəndi, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı Fatma Yıldırım
Elm sahəsi fizika
Elmi dərəcəsi fizika-riyaziyyat elmlər doktoru

Azərbaycan Dövlət Universitetini bitirmişdir (1962). 1962–69 illərdə SSRİ A. F. İoffe adına Elmi Tədqiqat Yarımkeçiricilər İnstitutunda, 1969 ildən Azərb. İnşaat Mühəndisləri İn-tunda (indiki AMİU) işləmiş, 1992–96 illərdə Türkiyənin Qaradəniz Un-tində fizika fakültəsinin prof.-u vəzifəsində çalışmış, 1996 ildən AMİU-nun yüksəktemperaturlu ifratkeçiricilər elmi tədqiqat laboratoriyasının rəhbəri olmuşdur. Tədqiqatları üzvi yarımkeçiricilər fizikası, ifrat-keçiricilik fizikası sahəsinə aiddir. 200-dən çox elmi əsərin müəllifidir.[1]

  1. "Əliyev Vidadi Yusif oğlu Azərbaycan Milli Ensiklopediyasında". 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-06.