Vidadi Həsən oğlu Rəcəbov (19 yanvar 1966) – Azərbaycan aktyoru. Naxçıvan MR əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2008).
Vidadi Rəcəbli | |
---|---|
Digər adları | Vidadi Rəcəbli, Vidadi Rəcəb |
Doğum tarixi | 19 yanvar 1966 (58 yaş) |
Fəaliyyəti | aktyor |
Vidadi Rəcəbov 19 yanvar 1966-cı ildə doğulub. 1986-1988-ci illərdə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun dram fakultəsində təhsil alıb.
1996-cı ildən Naxçıvan Dövlət Dram Teatrında aktyor işləyir.
1997-ci ildə Naxçıvan televiziyasında diktor işləyib.
"Gerçəklik" şerlər kitabının müəllifidir.
V. Rəcəbli 2000-ci ildə Naxçıvan MR əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülüb.
Teatrın səhnəsində 70-dən çox müxtəlif səpkili obrazlar canlandırıb.
Teatrda işlədiyi müddətdə dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə, alleqoriya janrlarında obrazlar silsiləsi yaradıb. Belə ki, Ü.Hacıbəyov "Arşın mal alan"da Süleyman, H.Cavid "Topal Teymur"da Sabutay, İ.Əfəndiyev "Hökmdar və qızı "nda Saday bəy, Elçin "Mənim ərim dəlidir"də Dost, "Mənim sevimli dəlim"də Ponteleymon Polikarpoviç, İ.Məlikzadə "Gəl qohum olaq"da Qarakişi, C.Məmmədquluzadə "Qurbanəli bəy"də Aşpaz Əli, N.Nərimanov "Nadir şah"da Cəfər xan, N.Həsənzadə "Atabəylər"də Əbubəkir, Mahmud, Ayəba,"Pompeyin Qafqaza yürüşü"ndə Qasid, M.F.Axundov "Lənkəran xanının vəziri"ndə Heydər, Hidayət Orucovun"Bu dünyanın adamları"nda Sarvan Qaradağlı, C.Məmmədquluzadə "Dəli yığıncağı"nda Farmasion Rüstəm, Mir Cəlal "Dirilən adam"da Sultanəli, H.Cavid "İblis"də Ərəb zabiti, M.S.Ordubadinin "Beş manatlıq gəlin"də Qiyas, Ə.Əsgərov "Qız atası"nda Vilayət, R.Əhmədzadə "Hələlik"də Qorxmazov, İ.Əfəndiyev "Şeyx Xiyabani"də Hacı Fərhad, V.Qubarevin "Sehirli yaylıq" tamaşasında Pişikdiş,Həmid Arzulunun "Əlincə qalası"nda Əhəd, Hüseyn Cavidin "Səyavuş"unda Tus, Yalçın, Elçinin " Ah, Paris...Paris"ində Eynsteyn,Şəmil Sadiqin "Qana qan qarışdı"sında Beyrək, Adil Babayevin " Yarımçıq şəkil"ində Vaso, İsi Məlikzadənin " Hərənin öz ulduzu"nda Əlibala, Həsən Elsevərin "Koroğlu nəsli" ndə Bağır, Səməd Vurğunun "Fərhad və Şirin"ində Topal, Həsənalı Eyvazlının " Araz sahilində doğan günəş" də Veysəl Ünivar, Elman Həbibin " Sahilsiz çaylar" da Araz, Kəmalə Ağayevanın " Məhsəti" də İlyas (Nizami Gəncəvi), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" da Şulu, Mərkəz Quliyevin "Qarğanın iflası"nda Sağsağan, M.F.Axundovun "Sərgüzəsti- Vəziri- Xani- Lənkəran" da Ağa Bəşir, Səməd bəy, "Hekayəti-xırs-quldurbasan"da Nəcəf, Adil Babayevin "Koroğlunun Çənlibelə qayıdışı"nda Güloğlan, Anarın "Qaravəlli"də Əsgər Əsgərov, Nəbi Xəzri " Atillanın atliları"nda Varyaq və s. rollar oynayıb.
2016-cı ildən 2020-ci ilə qədər Babək Rayon Mədəniyyət Sarayında bədii rəhbər-rejissor vəzifəsində işləyib. Həmin müddətdə Babək Rayon Xalq Teatrının səhnəsində hazırlanan M.S.Ordubadi, S Rüstəm "Beş manatlıq gəlin"ində Kəbleyi Hüseynəli, İ. Məlikzadənin "Subaylarınızdan görəsiniz"də Seyfi , Ə. Əsgərovun "Qız atasında" Cavad, Ə. Haqverdiyevin "Bəxtsiz cavan"da Hacı Səməd ağa, B. Vahabzadənin "Yollara iz düşür"də Loğman, H. Mirələmovun "Xəcalət"ində Kərim,S,S,Axundovun "Tamahkar"ında Hacı Murad və digər tamaşalarda yaddaqalan rollar oynayıb. Ə Yusiflinin" Alova çevrilən qəzəb" pyesinə isə rejissor kimi quruluş verib.