Mir Cəlal

Mir Cəlal (26 aprel 1908[1], Əndəbil, Cənubi Azərbaycan, Qacar dövləti28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968).

Mir Cəlal
Mir Cəlal Əli oğlu Paşayev
Doğum adı Mir Cəlal Əli oğlu Paşayev
Doğum tarixi 26 aprel 1908(1908-04-26)[1]
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 1978(1978-09-28) (70 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Püstə xanım
Uşaqları Arif Paşayev
Hafiz Paşayev
Ədibə Paşayeva
Elmira Paşayeva
Aqil Paşayev
Təhsili BDU
Fəaliyyəti yazıçı, şair, ədəbiyyat tənqidçisi, dramaturq, tərcüməçi, tənqidçi, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1928-ci ildən
Əsərlərinin dili Azərbaycan dili
Janrlar roman, hekayə
İlk əsəri Sağlam yollarda (oçerklər)(1932)
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1969 Azərbaycan LKGİ mükafatı — 1968
"Oktyabr inqilabı" ordeni — 1978 "Qırmızı əmək bayrağı" ordeni — 1967 "Şərəf nişanı" ordeni — 1954 "Şərəf nişanı" ordeni — 1958 "Əmək igidliyinə görə" medalı — 1960 "Əmək igidliyinə görə" medalı — 1944 "Qafqazın müdafiəsinə görə" medalı — 1944 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mir Cəlal Paşayevin yaşadığı binanın üzərində xatirə lövhəsi

Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir.[2]

Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır. 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, — "Kommunist", "Gənc işçi" qəzetlərində işləmişdir. İlk kitabı "Sağlam yollarda"[3] çapdan çıxmışdır.

Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir (1932–1935). "Füzulinin poetikası" mövzusunda namizədlik dissertasiyası (1940), "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası (1947) müdafiə etmişdir.

Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).

Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz — Baltik kanalında yaradıcılıq ezamiyyətində (1935), Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) olmuşdur. 1978-ci il sentyabrın 28-də vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın babasıdır.

Mir Cəlal Paşayev aşağıdakı mükafatlarla təltif olunmuşdur:[4]

Rəsmi sənədlər

[redaktə | mənbəni redaktə et]

Xatirəsinin əbədiləşdirilməsi

[redaktə | mənbəni redaktə et]
  • Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəb (1962)[10]
  • "Mir Cəlal Paşayev" gəmisi (2006)[11]
  • Gəncə şəhər Mir Cəlal Paşayev Muzeyi. Azərbaycan nəsrinin nümayəndəsi, Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Əli oğlu Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə yaradılmış muzeyin 2007-ci il sentyabr ayının 29-da rəsmi açılışı olmuşdur. Muzey kompleksində 2009-cu ilin aprel ayında Elmi-Ədəbi Tədqiqat Şöbəsi fəaliyyətə başlamışdır[12]
  • Bakıda İçərişəhərdə "Ədibin evi" ev-muzeyi[13]
  • Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi
  • Gəncədə Mir Cəlal Paşayevin adını daşıyan küçə[14]
  • Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Əli oğlu Paşayevin 100 illiyinə həsr olunmuş poçt markası.[15]
Mir Cəlalın "Dirilən adam" əsəri
  1. Sağlam yollarda: oçerklər. Bakı: Azərnəşr, 1932, 46 səh.
  2. Boy (novellalar və oçerklər). Bakı: Azərnəşr, 1935, 123 səh.
  3. Dirilən adam. Bakı: Azərnəşr, 1936, 204 səh.
  4. Bostan oğrusu. Bakı: Azərnəşr, 1937, 46səh.
  5. Axundun iştəhası. Bakı: Azərnəşr, 1938,
  6. Gözünaydın. Bakı: Azərnəşr, 1939, 477 səh.
  7. Füzulinin poetik xüsusiyyətləri. Bakı: Azərb. SSR EA nəşri, 1940, 96 səh.
  8. Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəşr, 1940, 258 səh.
  9. Bir gəncin manifesti. Bakı: Azərbaycan LKGİM nəşri, 1940, 258 səh.
  10. Xalqın ürək sözü. Bakı: Azərnəşr, 1941, 18 səh.
  11. Vətən (hekayələr). Bakı: Azərnəşr, 1942, 38 səh.
  12. İlyas. Bakı: Uşaqgəncnəşr, 1942, 24 səh.
  13. İsrafil. Bakı: Uşaqgəncnəşr, 1942, 26 səh.
  14. Şərbət. Bakarı. Bakı: Azərnəşr, 1942, 12 səh.
  15. Vətən yaraları. Bakı: Azərnəşr, 1943, 11 səh.
  16. Muştuluq: hekayə. Bakı: Azərnəşr, 1943, 12 səh.
  17. Vətən: hekayələr. Bakı: Azərnəşr, 1944, 152 səh.
  18. Həyat hekayələri. Bakı: Uşaqgəncnəşr, 1945, 156 səh.
  19. İki rəssam. Bakı: Uşaqgəncnəşr, 1947, 12 səh.
  20. Yeni kəndin adamları. Bakı: Azərnəşr, 1948, 44 səh.
  21. Yaşıdlarım: povest. Bakı:Uşaqgəncnəşr, 1948.- 142 s.
  22. İlk vəsiqə. Bakı: Uşaqgəncnəşr, 1949, 24 səh.
  23. Bir gəncin manifesti: povest. Bakı: Uşaqgəncnəşr, 1949.- 230 s.
  24. Söyüd kölgəsi. Bakı: Uşaqgəncnəşr, 1951, 20 səh.
  25. Təzə şəhər: roman. Bakı: Azərnəşr, 1951, 264 səh.
  26. Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəşr, 1953, 201 səh.
  27. Sadə hekayələr. Bakı: Azərnəşr, 1955, 224 səh.
  28. Fitnə. Bakı: Uşaqgəncnəşr, 1955, təkrar nəşri: 1962, 1966.
  29. Yaşıdlarım. Bakı: Uşaqgəncnəşr, 1955, 226 səh.
  30. Yuxu və külək. Bakı: Uşaqgəncnəşr, 1956, 12 səh.
  31. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1956, 500 səh.
  32. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1957, 532 səh.
  33. Yolumuz hayanadır. Bakı: Uşaqgəncnəşr, 1957, 247 səh.
  34. Füzuli sənətkarlığı. Bakı: ADU-nun nəşri, 1958.- 276 s.
  35. İnsanlıq fəlsəfəsi. Bakı: Azərnəşr, 1961, 408 səh.
  36. Xatirə hekayələri. Bakı: Uşaqgəncnəşr, 1962.- 147 s.
  37. Bir gəncin manifesti. Yaşıdlar. Bakı: Azərnəşr, 1964, 452 səh.
  38. Yaşıdlar: povest. Bakı: Uşaqgəncnəşr, 1964.- 260 s.
  39. Bir gəncin manifesti. Bakı: Azərnəşr, 1965, 452 səh.
  40. Söyüd kölgəsində. Bakı: Maarif, 1965, 42 səh.
  41. Gülbəsləyən qız. Bakı: Azərnəşr, 1965, 334 səh.
  42. C. Məmmədquluzadənin realizmi haqqında. Bakı: ADU nəşriyyatı, 1966, 70 səh.
  43. Seçilmiş əsərləri (dörd cilddə), I c. Bakı: Azərnəşr, 1967, 519 səh.
  44. Seçilmiş əsərləri (dörd cilddə), II c. Bakı: Azərnəşr, 1967, 499 səh.
  45. Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1968, 526 səh.
  46. Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1968, 474 səh.
  47. Gülüş bədii silah kimi. Bakı: ADU nəşri, 1968, 40 səh.
  48. XX əsr Azərbaycan ədəbiyyatı (dərslik). Bakı: Maarif, 1969, 348 səh. (şərikli).
  49. Kərpickəsən. Bakı: Gənclik, 1969, 12 səh.
  50. Bir gəncin manifesti: roman. Bakı: Gənclik, 1970.- 253 s.
  51. Şəfəqdən qalxanlar. Bakı: Gənclik, 1972, 272 səh.
  52. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 səh. (şərikli).
  53. Klassiklər və müasirləri. Bakı: Azərnəşr, 1973, 296 səh.
  54. Silah qardaşlan (hekayələr). Bakı: Gənclik, 1974, 293 səh.
  55. XX əsr Azərbaycan ədəbiyyatı: Ali məktəblər üçün dərslik. Bakı: Maarif, 1974.- 391 s.
  56. Xeyir və Şər. Bakı: Gənclik, 1976, 19 səh.
  57. Dağlardiləgəldi. Bakı: Gənclik, 1978, 176 səh.
  58. Dahi söz ustası. Bakı: Yazıçı, 1978, 90 səh.
  59. Dirilən adam. Bakı: Yazıçı, 1978, 414 səh.
  60. Bir gəncin manifesti. Bakı: Gənclik, 1980, 256 səh.
  61. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982, 428 səh.(şərikli).
  62. Yaşıdlar (roman və hekayələr). Bakı: Azərnəşr, 1984, 374 səh.
  63. Bir gəncin manifesti. Bakı: Yazıçı, 1984, 224 səh.
  64. Ləyaqət (hekayələr və povest). Bakı: Yazıçı, 1984, 360 səh.
  65. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1986, 463 səh.
  66. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1987, 445 səh.
  67. Ədəbiyyatşünaslığın əsasiarı (dərs vəsaiti). Bakı: Maarif, 1988, 279 səh.
  68. Füzuli sənətkarlığı.- II nəşri.- Bakı: Maarif, 1994.- 252 s.
  69. Azərbaycanda ədəbi məktəblər (1905–1917). Bakı: Ziya-Nurlan NPM, 2004.- 390 s.
  70. Ədəbiyyatşünaslığın əsasları: Ali məktəblər üçün dərslik.- Təkmilləşdirilmiş 3-cü nəşr.- Bakı: Çaşıoğlu, 2005.- 312 s.
  71. Seçilmiş əsərləri. Hekayələr və roman .- Bakı: Çaşıoğlu,2005.- 479 s.
  72. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005.- 384 s. (Müasir Azərbaycan ədəbiyyatı).
  73. Füzuli sənətkarlığı: monoqrafiya.- Bakı: Kaşqari Fondu, 2007.-357 s.
  74. Seçilmiş əsərləri: 3 cilddə .- Bakı: Çaşıoğlu, 2008.- K. I., K. II.,K. III.
  75. Seçilmiş əsərləri: hekayələr, felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr: 5 cilddə — Bakı:Adiloğlu, 2013.- C. I:, C. II: , C. III: , C. IV:, C. V.
  76. Bir gəncin manifesti: roman.- V nəşri.- Bakı: Kitab Klubu, 2016.- 264 s.
  77. Yuxu və külək . Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: Bərpanəşr, 2016.-11, [1] s.: ill.
  78. İki rəssam: məzmunu Nizaminin "İsgəndərnamə" poemasındanalınmışdır: ortayaşlı uşaqlar üçün. Azərb. Resp. Mədəniyyət və TurizmNazirliyi, F. Köçərli ad. Respublika #Uşaq Kitabxanası.- 1947-ci il nəşri əsasında bərpanəşr.- Bakı: Renessans-A, 2017.- 12 s.
  79. Mirzə Ələkbər Sabirin sənət dünyası. Bakı: Elm və təhsil, 2017.- 127s.
  80. XX əsr Azərbaycan ədəbiyyatı: Ali məktəblər üçün dərslik . Yenidən işlənmiş 4-cü nəşri.- Bakı: Elm və təhsil, 2018.- 650 s.
  81. Füzuli sənətkarlığı: monoqrafiya.- Bakı: Çaşıoğlu, 2018.- 348 s.

Dissertasiyalar

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycanda ədəbi məktəblər: 1905–1917: filologiya elm. dok. … dissertasiya.- Bakı, 1946.- 492 s.
  2. Füzulinin poetik xüsusiyyətləri haqqında: filologiya elm. namizədi … dissertasiya.- Bakı, 1939.- 133 s.

Dərsliklərdə dərc olunanlar əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Gülbəsləyən qız: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / C. Əhmədov, İ. Babayev.- B., 1989.- S. 171–174.
  2. İki rəssam: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1988.- S. 64–68.
  3. Ləyaqət: hekayələr // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1988.- S. 214–219.
  4. Zəhmət, Ağıl, Bəxt: nağıl // Oxu: 4-cü sinif üçün / N. Kazımov.- B., 1988.- S. 140–142.
  5. Bir gəncin manifesti: ayrı-ayrı fəsillərdən parçalar // Ədəbiyyat: 7-ci sinif üçün / H. Əfəndiyev, Z. Əliyeva.- B., 1987.- S. 121–171.
  6. Gülbəsləyən qız: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / C. Əhmədov, İ. Babayev.- B., 1987.- S. 171–174.
  7. Bir gəncin manifesti: ayrı-ayrı fəsillərdən parçalar // Ədəbiyyat: 7-ci sinif üçün / H. Əfəndiyev, Z. Əliyeva.- B., 1985.- S. 121–172.
  8. Gülbəsləyən qız: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / C. Əhmədov, İ. Babayev.- B., 1985.- S. 171–174
  9. İki rəssam: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1985.- S. 64–68.
  10. Ləyaqət: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1985.- S. 214–219.
  11. Bir gəncin manifesti: ayrı-ayrı fəsillərdən parçalar // Ədəbiyyat: 7-ci sinif üçün / H. Əfəndiyev, Z. Əliyeva.- B., 1984.- S. 121–173.
  12. Gülbəsləyən qız: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / C. Əhmədov, İ. Babayev.- B., 1984.- S. 206–208.
  13. Şəfəqdən qalxanlar: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / C. Əhmədov, İ. Babayev.- B., 1984.- S. 209–212.
  14. Ləyaqət: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1984.- S. 187–195.
  15. Bir gəncin manifesti: ayrı-ayrı fəsillərdən parçalar // Ədəbiyyat: 7-ci sinif üçün / H. Əfəndiyev, Z. Əliyeva.- B., 1983.- S. 121–170.
  16. Gülbəsləyən qız: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / C. Əhmədov, İ. Babayev.- B., 1983.- S. 206–209.
  17. Şəfəqdən qalxanlar: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / C. Əhmədov, İ. Babayev.- B., 1983.- S. 209–212.
  18. İki rəssam: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1983.- S. 57–60.
  19. Ləyaqət: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1983.- S. 189–193.
  20. Söyüd kölgəsi: hekayə // Azərbaycan dili: rus məktəbinin 8–9-cu sinifləri üçün / Y. Qarabağlı [et al].- B., 1983.- S. 73–74.
  21. Bir gəncin manifesti: ayrı-ayrı fəsillərdən parçalar // Ədəbiyyat: 7-ci sinif üçün / H. Əfəndiyev, Z. Əliyeva.- B., 1982.- S. 124–173.
  22. Gülbəsləyən qız: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / İ. Babayev, C. Əhmədov.- B., 1982.- S. 206–209.
  23. Şəfəqdən qalxanlar: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / İ. Babayev, C. Əhmədov.- B., 1982.- S. 210–212.
  24. İki rəssam: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1982.- S. 57–60.
  25. Ləyaqət: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1982.- S. 89–193.
  26. Bir gəncin manifesti: ayrı-ayrı fəsillərdən parçalar // Ədəbiyyat: 7-ci sinif üçün / H. Əfəndiyev, Z. Əliyeva.- B., 1981.- 14-cü nəşri.- S. 124–173
  27. İki rəssam: hekayələr // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1981.- S. 57–60.
  28. Ləyaqət: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1981.- S. 189–193.
  29. İki rəssam: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1980.- S. 57–60.
  30. Ləyaqət: hekayə // Ədəbiyyat: 4-cü sinif üçün / M. Rzaquluzadə, Ş. Mikayılov.- B., 1980.- S. 189–193.
  31. Qocaman müəllimin dedikləri: hekayə: [hekayə ixtisarla verilmişdir] // Azərbaycan dili: rus məktəbinin 7-ci sinfi üçün / A. Abdullayev.- B., 1979.- S. 124–125.
  32. Titrək bir səs: hekayə // Azərbaycan dili: rus məktəbinin 7-ci sinfi üçün / A. Abdullayev.- B., 1979.- S. 86–87.
  33. Qocaman müəllimin dedikləri: hekayə: [hekayə ixtisarla verilmişdir] // Azərbaycan dili: rus məktəbinin 7-ci sinfi üçün / A Abdullayev.- B., 1978.- S. 124–125.
  34. Titrək bir səs: hekayə // Azərbaycan dili: rus məktəbinin 7-ci sinfi üçün / A. Abdullayev.- B., 1978.- S. 86–87.
  35. Qocaman müəllimin dedikləri: hekayə: [hekayə ixtisarla verilmişdir] // Azərbaycan dili: rus məktəbinin 7-ci sinfi üçün / tərt. A. Abdullayev.- B., 1977.- S. 124–125.
  36. Titrək bir səs: hekayə // Azərbaycan dili: rus məktəbinin 7-ci sinfi üçün / tərt. A. Abdullayev.- B., 1977.- S. 86–87.
  37. Titrək bir səs: hekayə // Azərbaycan dili: rus məktəbinin 7-ci sinfi üçün / A. Abdullayev.- B., 1975.- S. 86–87.
  38. İclas qurusu; Səfər: hekayələr // Azərbaycan dili: rus məktəbinin 10-cu sinfi üçün dərslik / A. Qurbanov, K. Mikayılov.- B., 1974.- S. 57.
  39. Gülbəsləyən qız: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / İ. Babayev, C. Əhmədov.- B., 1973.- S. 206–209.
  40. Şəfəqdən qalxanlar: hekayə // Ədəbiyyat: 6-cı sinif üçün / İ. Babayev, C. Əhmədov.- B., 1973.- S. 210–212.
  41. Ərik ağacı: hekayə // Ədəbiyyat: dərslik-müntəxabat: 6-cı sinif üçün.- B., 1972.- S. 121–126.-
  42. Bir gəncin manifesti: romandan parçalar / Ədəbiyyat: 7-ci sinif üçün // H. Əfəndiyev, Z. Əliyeva.- B., 1971.- S. 136–189.
  43. Ərik ağacı: hekayə: [hekayə ixtisarla verilmişdir] // Ədəbiyyat: dərslik-müntəxabat: 6-cı sinif üçün.- B., 1971.- S. 121–126.
  44. Ərik ağacı: hekayə // Ədəbiyyat: dərslik-müntəxabat: 6-cı sinif üçün.- B., 1969.- S. 121–126.
  45. İftixar: hekayə // Azərbaycan dili: rus məktəbinin 7-ci sinfi üçün / tərt. A. Abdullayev.- B., 1969.- S. 101–102.
  46. İtə ataram, yada satmaram; Badam ağacları: hekayələr // Azərbaycan dili: rus məktəbinin 10-cu sinfi üçün / tərt. A. Axundov, H. Həsənov.- B., 1969.- S. 60–64.
  47. Söyüd kölgəsi: hekayə // Azərbaycan dili: rus məktəbinin 8-ci sinfi üçün / Y. Qarabağlı, R. Qasımova.- B., 1969.- S. 57–58.
  48. Badam ağacları: hekayə // Ədəbiyyat: orta məktəbin 6-cı sinfi üçün müntəxəbat / İ. Babayev.- B., 1961.- S. 125–132.
  49. Bahar: "Bir gəncin manifesti"ndən // Ədəbi qiraət: yeddiillik və orta məktəbin 5-ci sinfi üçün / Q. Musayev.- B., 1961.- S. 59–68.
  50. Bahar: "Bir gəncin manifesti"ndən // Ədəbi qiraət: yeddiillik və orta məktəbin 5-ci sinfi üçün / Q. Musayev.- B., 1959.- S. 62–71.
  51. Muştuluq: hekayə // Ana dili: ibtidai məktəbin 4-cü sinfi üçün / M. Rzaquluzadə.- B., 1959.- S. 137–140.
  52. Bahar: "Bir gəncin manifesti"ndən // Ana dili: azsavadlılar üçün qiraət kitabı / S. Şəfiyev.- B., 1958.- S. 57–59.
  53. Mədəndə yanğın: hekayə // Ana dili: azsavadlılar üçün qiraət kitabı / S. Şəfiyev.- B., 1958.- S. 57–59.
  54. Balaca ceyran: hekayə // Ana dili: ibtidai məktəbin 4-cü sinfi üçün / M. Rzaquluzadə.- B., 1956.- S. 160–162.
  55. Bahar: "Bir gəncin manifesti"ndən // Ədəbi qiraət: yeddiillik və orta məktəbin 5-ci sinfi üçün / Q. Musayev.- B., 1955.- S. 61–70.
  56. Nanənin hünəri: hekayə // Ədəbi qiraət: yeddiillik və orta məktəbin 5-ci sinfi üçün / Q. Musayev.- B., 1955.- S. 125–133.
  57. Bahar: "Bir gəncin manifesti"ndən // Ədəbi qiraət: yeddiillik və orta məktəbin 5-ci sinfi üçün / Q. Musayev.- B., 1953.- S. 87–96.
  58. Bahar: "Bir gəncin manifesti"ndən // Ədəbi qiraət: yeddiillik və orta məktəbin 5-ci sinfi üçün / tərt. Q. Musayev — B., 1951.- S. 122–129.
  59. Nanənin hünəri: hekayə // Ədəbi qiraət: yeddiillik və orta məktəbin 5-ci sinfi üçün / Q. Musayev.- B., 1951.- S. 233–241.
  60. Qardaş qanı: hekayə // Qiraət kitabı: rus orta məktəbinin 9-cu sinfi üçün / T. Məmmədov.- B., 1950.- S. 120–123.
  61. Kirov: povestdən parça // Ədəbi qiraət: yeddiillik və orta məktəbin 7-ci sinfi üçün / H. Əfəndiyev.- B., 1949.- S. 383–391.
  62. Ananın köynəyi: hekayə // Ədəbiyyat: 5-ci sinif üçün / tərt. H. Araslı.- B., 1948.- S. 37–40.
  63. Bahar: "Bir gəncin manifesti"ndən // Qiraət kitabı: rus orta məktəbinin 9-cu sinfi üçün / Q. Məmmədov.- B., 1948.- S. 39–43.
  64. Bahar: "Bir gəncin manifesti"ndən // Ədəbi qiraət: 4-cü sinif üçün / M. Rzaquluzadə.- B., 1948.- S. 250–255.
  65. Dirilən adam: romandan parça // Müasir ədəbiyyat: orta məktəbin 10-cu sinfi üçün / M. Arif, C. Xəndan.- B., 1948.- S. 127–130.
  66. Göylər adamı: hekayə // Ədəbiyyat: 5-ci sinif üçün / tərt. H. Araslı.- B., 1948.- S. 49–57.
  67. İftixar: hekayə // Qiraət kitabı: rus orta məktəbinin 7-ci sinfi üçün / tərt. A. Abdullayev.- B., 1948.- S. 13–16.
  68. Qardaş qanı: hekayə // Qiraət kitabı: rus orta məktəbinin 9-cu sinfi üçün / T. Məmmədov.- B., 1948.- S. 117–119.
  69. Nanənin hünəri: hekayə // Ədəbiyyat: 5-ci sinif üçün / H. Araslı.- B., 1948.- S. 40–48.
  70. Söyüd kölgəsi: hekayə // Qiraət kitabı: rus orta məktəbinin 8-ci sinfi üçün / A. Abdullayev.- B., 1948.- S. 27–29.
  71. Bahar: "Bir gəncin manifesti"ndən // Ədəbiyyat: yeddiillik və orta məktəblərin 6-cı sinfi üçün / tərt. M. Rzaquluzadə.- B., 1947.- S. 185–190.
  72. Analar yarışı: hekayə // Ədəbiyyat müntəxəbatı: orta məktəbin 10-cu sinfi üçün / M. Arif.- B., 1946.- S. 295–300.
  73. Dirilən adam: romandan parça // Ədəbiyyat müntəxəbatı: orta məktəbin 10-cu sinfi üçün / M. Arif.- B., 1946.- S. 289–294.
  74. Hilal dayı: hekayə // Ədəbiyyat müntəxəbatı: erməni orta məktəbləri üçün / tərt. Q. Məmmədov, A. Axundov.- B., 1940.- S. 90–96.
  75. Sara: hekayə // Ədəbiyyat müntəxəbatı: erməni orta məktəbləri üçün / Q. Məmmədov, A. Axundov.- B., 1940.- S. 86–90.
  76. Nanənin hünəri: hekayə // Bədii oxu: natamam orta və orta məktəb üçün / tərt. H. Araslı.- B., 1939.- S. 27–35.
  77. Hilal dayı: hekayə // Ədəbiyyat müntəxəbatı: rus məktəblərinin 9 və 10-cu sinifləri üçün.- B., 1939.- S. 86–90.
  78. Sara: hekayə // Ədəbiyyat müntəxəbatı: rus məktəblərinin 9 və 10-cu sinifləri üçün.- B., 1939.- S. 80–86.
  79. Nanənin hünəri: hekayə // Ədəbiyyat müntəxəbatı: rus orta məktəbi üçün / tərt A. Abdullayev.- B., 1938.- S. 132–138.
  80. Nifrət: romandan parça // Ədəbiyyat müntəxəbatı: rus orta məktəbi üçün / tərt. A. Abdullayev.- B., 1938.- S. 139–145.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. Batı. Kaspi dənizinə: [Şer] //İnqilab və mədəniyyət.-1930.- № 9.- S.28
  2. Həmid Alimcan. Dəmir qandal: [Şer] //İnqilab və mədəniyyət.- 1930.- № 9.- S.27–28
  3. İbrahim Bəhram. Şahidə: [Hekayə] //İnqilab və mədəniyyət.- 1930.- № 9.- S.30
  4. Mir Təmar. Dan: [Şer] //İnqilab və mədəniyyət.- 1930.-№ 9.- S.29
  5. Mir Təmar. Məstan ay: [Hekayə] //İnqilab və mədəniyyət.- 1930.- № 9.- S.29
  6. Xəliloğlu. "Son gülən": [Belarus yazıçısı Krapivanın eyni adlı əsərinin Azərbaycan Dövlət Dram Teatrında tamaşası haqqında] /Əsəri Azərbaycan dilinə tərcümə və təbdil edən Mir Cəlaldır //Ədəbiyyat qəzeti.- 1941.- 13 aprel.
  7. Nizami Gəncəvi. Yeddi gözəl [Mətn]: nəsrlər /N. Gəncəvi; nəsrə çevirəni. M. C. Paşayev; red. M. Rzaquluzadə. Семь красавиц: в прозе.- B.: Azərnəşr, 1941.- 150, [2] s.: 20 sm.
  8. Xəliloğlu. "Son gülən": [Belarus yazıçısı Krapivanın eyni adlı əsərinin Azərbaycan Dövlət Dram Teatrında tamaşası haqqında] /Əsəri Azərbaycan dilinə tərcümə və təbdil edən Mir Cəlaldır //Ədəbiyyat qəzeti.- 1941.- 13 aprel.
  9. Nizami Gəncəvi. Yeddi gözəl [Mətn]: nəsrlər /N. Gəncəvi; nəsrə çevirəni. M. C. Paşayev; red. M. Rzaquluzadə. Семь красавиц: в прозе.- B.: Azərnəşr, 1941.- 150, [2] s.: 20 sm.
  10. Batı. Kaspi dənizinə: [şeir] /Batı; özbək dilindən çevirəni. Mir Cəlal //Mir Cəlal. Seçilmiş əsərləri: Hekayələr, felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr 5 cilddə.- Bakı, 2013.- C. V.- S. 252.
  11. Dan: [şeir] /Özbək dilindən çevirəni Mir Cəlal //Mir Cəlal. Seçilmiş əsərləri: Hekayələr, felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr 5 cilddə.- Bakı, 2013.- C. V.- S. 256.
  12. Erdinc, F. Məktub: /Bəhram İbrahimov; türk dilindən çevirəni. Mir Cəlal //Mir Cəlal. Seçilmiş əsərləri: Hekayələr, felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr 5 cilddə.- Bakı, 2013.- C. V.- S. 264–274.
  13. Həmid Alimcan. Dəmir qanun: [şeir] /Həmid Alimcan; özbək dilindən çevirəni. Mir Cəlal //Mir Cəlal. Seçilmiş əsərləri: Hekayələr, felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr 5 cilddə.- Bakı, 2013.- C. V.- S. 247–251.
  14. İbrahimov, B. Şahidə: /Bəhram İbrahimov; özbək dilindən çevirəni. Mir Cəlal //Mir Cəlal. Seçilmiş əsərləri: Hekayələr, felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr 5 cilddə.- Bakı, 2013.- C. V.- S. 257–263.
  15. Mir Temir. Məstan ay: [şeir] /Mir Temir; özbək dilindən çevirəni. Mir Cəlal //Mir Cəlal. Seçilmiş əsərləri: Hekayələr, felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr 5 cilddə.- Bakı, 2013.- C. V.- S.253–255.

Dövri mətbuatda və məcmuələrdə çap olunan əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Bir ailə (film, 1943)
  2. İki yad adam (Addım Gənclər Təşkilatının sifarişi ilə Caspian Media Group tərəfindən yazıçı Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında "İki Yad Adam" filmi) (2017)[16]
  3. Mətbuat fədaisi (film, 2007)
  4. Üç zirvənin fatehi (film, 2008)
  1. 1 2 The Fine Art Archive. 2003.
  2. "Arxivlənmiş surət" (PDF). 2018-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-10.
  3. "Arxivlənmiş surət" (PDF). 2018-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-10.
  4. "Mir Cəlal Paşayev — Mükafatları". 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  5. Kommunist.- 1958.- 8 noyabr.- № 107.- S. 1
  6. Azərbaycan müəllimi.- 1969.- 5 noyabr.- № 88.- S. 1.
  7. Azərbaycan.- 1978.- № 4.- S. 169.
  8. Azərbaycan.- 1998.- 17 aprel.- S. 1
  9. Azərbaycan.- 2008.- 1 fevral.- S. 1.
  10. "Arxivlənmiş surət". 2018-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  11. "Arxivlənmiş surət". 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  12. "Arxivlənmiş surət". 2018-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  13. "Arxivlənmiş surət". 2017-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  14. "Arxivlənmiş surət". 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  15. "Arxivlənmiş surət". 2010-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  16. "Arxivlənmiş surət". 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  • Mir Cəlal Paşayevin ev-muzeyində. "Mədəni maarif", 2007, N 10, s.27–28.
  • Mahirə Abdulla. "Humanizm fəlsəfəsi" //"Pəncərə" jurnalı.- 2009, № 21. — səh. 56–63.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]