Vikifunksiyalar — mənbə kodunun yaradılması, dəyişdirilməsi və təkrar istifadəsini təmin etmək üçün kompüter funksiyalarının birgə redaktə edilən kataloqu.[2][3] O, strukturlaşdırılmış datalardan istifadə edərək Vikipediyanın dildən asılı olmayan versiyasını yaratmaq üçün Vikidata uzantısı olan Abstract Wikipedia ilə sıx əlaqəlidir.[4][5][6] Müvəqqəti olaraq Wikilambda adlandırılan[7] Vikifunksiyaların rəsmi adı 22 dekabr 2020-ci ildə ad müsabiqəsindən sonra elan edildi.[8] Vikifunksiyalar 2012-ci ildə Vikidatadan sonra yaradılan ilk Vikimedia layihəsidir.[9] Üç illik tərtibatdan sonra Vikifunksiyalar rəsmi olaraq 2023-cü ilin iyulunda elan edilib.[10]
↑Harrison, Stephen. "Wikipedia Is Trying to Transcend the Limits of Human Language". Slate (ingilis). 1 September 2021. 1 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2021. At heart, Wikifunctions is rather technical: It will let the community create functions—that is, sequences of computer programming instructions. These functions will use data as inputs, apply an algorithm, and calculate an output, which can be rendered into one of the natural human languages to answer questions.
↑Couto, Luis; Teixera Lopes, Carla. Equal opportunities in the access to quality online health information? A multi-lingual study on Wikipedia // 17th International Symposium on Open Collaboration. OpenSym 2021. New York, NY, USA: Association for Computing Machinery. 15 September 2021. səh. 12. doi:10.1145/3479986.3480000. ISBN978-1-4503-8500-8.