Viko fon Bülov ya Lorio, əsil adı: Bernqard Viktor Kristif-Karl fon Bülov, (fr. Bernhard Victor Christoph-Carl von Bülow; Vicco von Bülow; 12 noyabr 1923[1][2][…] – 22 avqust 2011[3][1][…]) — alman komik aktyoru, eynizamanda rejisor, yazıçı və rəssamı. Fransız dilindən götürülmüş “Lorio” ləqəbinin mənası “sarıköynək” deməkdir. Belə ki, sarıköynək Fon Bülovlar ailəsinin gerbində əks olunmuşdur.
Viko fon Bülov | |
---|---|
Doğum adı | Bernhard-Viktor Christoph-Carl von Bülow |
Doğum tarixi | 12 noyabr 1923[1][2][…] |
Vəfat tarixi | 22 avqust 2011[3][1][…] (87 yaşında) |
Vətəndaşlığı | |
Fəaliyyəti | komediyaçı, cizgi film rəssamı[d], aktyor, yazıçı, ssenarist, kabare sənətçisi[d], kino aktyoru, televiziya aktyoru, televiziya aparıcısı, karikaturçu, yumor ustası, boyakar[d], səhnə dizayneri, kostyum dizayneri[d], rejissor, kinorejissor |
Üzvlüyü |
|
Mükafatları | |
IMDb | ID0902086 |
loriot.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Viko fon Bülov Prusiyada kübar bir ailədə dünyaya gəlmişdir. Onun atası Yohan-Albrext Vilhelm fon Bülov (1899–1972) zabiti olmuşdur. Yohan-Albrext Vilhelm fon Bülov 1927 ci ildə həyat yoldaşı Şarlotte Matilda Luis ilə boşandıqdan sonra Bülov özündən bir yaş kiçik qardaşı ilə Berlində nənə və ulunənəsinin yanında böyümüşdür.
1934 —1938 ci illərdə Şadov gimnaziyasında oxuyur, sonra isə Ştutqarta köçdüklərinə görə 1941 ci ildə Berhard Lüdviq gimnaziyasını bitirdikdən sonra, on yeddi yaşında ikən orduya çağrılır. III Tank diviziyası tərkibində şərg cəbhəsinə düşən Bülov ober-leytenent rütbəsi alaraq, 1943 cü ildə I və II dərəcəli Dəmir xaç ordeninə layiq görülür. Viko fon Bülovun NSAFPnın üzvü olması haqqında heç bir sübut tapılmamışdır[5][6].
Müharibədən sonra 1947-1949 cu illərdə Hamburqda incəsənət akademiyasında təhsil alır.
1950 ci ildən “Küçə” (alm. “Die Straße”) və “Ulduz” (alm. “Stern”) jurnallarında çoxsaylı qrafik və karikatura rəsmləri və komiks silsilələri ilə çıxışlar edir.
1954 cü ildə Viko fon Bülovun İsveçrədə ilk komiks kitabı nəşr olunur. Onun dediyinə görə:
“Cəmi 20 illik təhsildən sonra mən kiçik insanı çəkmək bacarığı əldə edə bildim, hansı ki bu günə dək məni dolandırır.”
1988 ci ildə Almaniyada ekranlara Lorionun rejisoru və baş rolun ifaçısı olduğu “Ödipussi” — komediyası çıxmış olur. Onun ardınca 1991 ci ildə “Pappa ante Portas” komediyası ekran üzü görür.
II dərəcəli Dəmir xaç ordeni 1943 |
I dərəcəli Dəmir xaç ordeni 1943 |
Böyük Xidmət Xaçı yaxud “Böyük Xaç” 1974 |
Bavariyaya xidmətinə görə ordeni 1980 |
Berlin vilayətinə xidmətinə görə ordeni 1990 |
Bavariyanın Maksimillian ordeni 1995 |
Ulduzlu Böyük Xidmət Xaçı yaxud “Ulduzlu Böyük Xaç” 1998[7] |