Viktor Nikolayeviç Bondarev (rus. Виктор Николаевич Бондарев; d. 7 dekabr 1959, Voronej, SSRİ) Rusiya Silahlı Qüvvələrinin general-polkovniki.[1] 1 avqust 2015-ci il tarixindən etibarən Rusiya Aerokosmik Qüvvələrinin Komandanıdır. Bu vəzifəyə təyin olunmazdan əvvəl Rusiya Hərbi Hava Qüvvələrinin Komandanı olmuşdur.
Viktor Bondarev | |
---|---|
Виктор Николаевич Бондарев | |
Şəxsi məlumatlar | |
Doğum adı | Ви́ктор Никола́евич Бо́ндарев |
Doğum tarixi | |
Doğum yeri | Voronej, SSRİ |
Vətəndaşlığı | Rusiya |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | Rusiya Hərbi Hava Qüvvələri, Rusiya Aerokosmik Qüvvələri |
Xidmət illəri | 1977 - davam edir |
Rütbəsi | General-polkovnik |
Komandanlıq edib | |
Vəzifəsi | Rusiya Aerokosmik Qüvvələri Komandanı |
Döyüşlər |
Rus-çeçen müharibələri Suriya müharibəsi |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bondarevin hərbi karyerası 1977-ci ildə Sovet Hərbi Hava Qüvvələrinə qoşulduqdan sonra başlamışdır. O, 1981-ci ilə qədər Borisoqlebsk şəhərində yerləşən Boris Aviasiya Təlim Mərkəzində, 1992-ci ilə qədər isə Qaqarin Hərbi Hava Qüvvələri Akademiyasında təhsil almışdır. 2004-cü ildə General heyəti üçün Hərbi Akademiyanı bitirmişdir.[2]
O, Boris Aviasiya Təlim Mərkəzində eskadrilya komandiri təyin olunmazdan əvvəl, Hücum Aviasiyası Alayında xidmət etmiş və Sovet hərbi qüvvələrinin tərkibində Əfqanıstan müharibəsində iştirak etmişdir. Voronej vilayətinin Buturlinovka şəhərində yerləşən 899-cu Döyüş Aviasiyası Alayının komandiri vəzifəsinə yüksələn Bondarev bu alayın tərkibində Çeçen-Rus müharibələrində iştirak etmişdir. 2006-cı ilin mayından etibarən 14-cü Ordunun Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunlarında komandir müavini, 2008-ci ilin iyun ayında isə həmin hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur.
Bondarev 2011-ci ilin iyul ayında Rusiya HHQ-nin komandir müavini təyin olunmuşdur.
21 aprel 2000-ci il tarixində iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi şücaətə görə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.