Viktor Vasilyeviç Durnev (14 avqust 1961-ci ildə anadan olub) Sovet və Rusiya idmançısıdır. İdman ustalığına namizəd (1976); SSRİ ağır atletika idman ustası (1977); Ağır atletika üzrə beynəlxalq dərəcəli SSRİ idman ustası (1982). PODA üzrə Poverliftinq atletlərində İdman namizədi (2015). Başqırdıstan Respublikasının görkəmli idmançısı (1997). "Podolskiy rayonuna 3-cü dərəcəli xidmətə görə" fəxri nişan sahibi (2003).
Viktor Durnev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 avqust 1961 (63 yaş) |
Durnev Viktor Vasilieviç 14 Avqust 1961-ci ildə Orenburq vilayətinin Efremovo-Zykovo kəndində anadan olmuşdur. İdmanla "Batır" (1975-1981) (məşqiçi L. N. Kopnin) və "Kimyaçı" (1981-1985) (Ufa; məşqçilər G. L. Aferin[1] R. Z. Siraev) idman klublarında məşğul olmuşdur. 1991-ci ildə onurğa zədəsi (qəza) aldı, 1-ci qrup əlildir. "Vityaz" idman klubu, Podolsk (1998-2004); idman klubu MBU FOKI "Mustang" (2013)-ın, 1982-1984-cü illərdə SSRİ milli ağır atletika komandasının üzvü idi. 1998-2004-cü illərdə PODA pauerliftinq idmanı üzrə Rusiya millisinin üzvü idi.
1977-ci ildə Viktor yeniyetmələr arasında SSRI çempionatında gümüş mükafata layiq görüldü. Bir il sonra o SSRİ çempionu adını qazandı. 1982-ci ildə ilsə artıq birdən qaldırma üzrə ölkə çempionu oldu. Eləcə də təkanla qaldırmada gümüş medalın sahibidir. 1982 və 1983-cü il SSRİ Kubokunun sahibidir. 1982-və 1978-ci il yeniyetmələr arasında ölkə çempionudur.
1982-1983-cü illərdə orta çəkidə SSRI və Dünya çempionu (birdən qaldımra). Pauerliftinq üzrə Rusiya çempionu (1998, 1999, 2001, 2002, 2003, 2016). Pauerliftinq üzrə Avropa çempionu (1999). VII Beynəlxalq spartakiadanın qalibi (1999). Belçika açıq çempionatının gümüş mükafatçısı (2000). Sidney paraolimpiya oyunlarının finalçısı (6 yer). Moskvada keçirilən açıq çempionatının qalibi (2001). Pauerliftinq üzrə Rusiya çempionatının gümüş mükafatçısı (2015). 2013-cü ildə keçirilən Rusiya çempionatının bürünc mükafatçısı. 2015-ci ildə keçirilən Moskva vilayəti üzrə pauerliftinq üzrə yarışımanın mütləq qalibi.[2]