Viktor Ponidelnik abidəsi və ya Futbolçu heykəli — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə Olimp-2 stadionunun yaxınlııbda qoyulmuşdur. 2015-ci ildə futbolçu Viktor Ponidelnikin şərəfinə adlandırılmışdır. O, 1960-cı il Avropa kubokunun finalında vurulmuş qızıl qolun müəllifidir[1].
Viktor Ponidelnik abidəsi | |
---|---|
Ölkə | Rusiya |
Yerləşir | Rostov-na-Donu |
Memarlıq üslubu | monumental heykəltaraşlıq |
Hündürlüyü | 2 m |
Material | bürünc |
2013-cü ildə Rostov-na-Donu ərazisində İdman nazirliyinin rəhbərliyi altında futbolçu Viktor Nonedelnikin şərəfinə abidənin ucaldılması haqqında konkurs təşkil edir. Elə həmin ilin avqustunda Dmitri Vasileviç Lındin konkurda iştirak etmək qərarına qəlir. Sentyabrda o, gildən bir eskiz hazırlamışdı. Onunla yanaşı üç nəfər bu yarışmada iştirak edirdi. Bununla bağlı komisiya təşkil edilir. Bu komisiyaya vitse qubernator Sergey İvnoviç Qorban, futbolçu Viktor Ponidelnik və Rostov vilayətinin idman nazirliyi nümayəndəsi Yuri Balanxin daxil idi. Müsabiqənin nəticəsi olaraq Dmitri Lındin qalib gəlir. Gil heykəldə müəyyən dəyişikliklər gerçəkləşdirilmişdir.
Bürün abidənin hazırlanmasına iki ay tələb olunmuşdur. 2013-cü ilin sentyabr-noyabr ayları heykəltaraşlıq işləri aparılmışdır. Bunun üçün 750 min rubl pul tələb edilmişdir. Ancaq heykəltaraş işi üçün pul tələb etməmişdir. Abidənin hündürlüyü 2 metrdir[2]. İlk əvvələr abidənin açılışı 2014-cü ilin yazına planlaşdırılırdı. Ancaq maliyyə çatımamazlığı hiss edilirdi. 2014-cü ildə bu işlər üçün veteran futbolçular və don futbol federasiyası 96,5 min rubl pul xərclımişdir.
Nazirlik abidəni 1960-cı il Avropa kubokunun ilk oyunun tarixində açılış edəcəyini bəyan etmişdir. Abidə Olimp-2 stadionunun yaxınlığında qoyulmuşdur. Açılış 28 avqust 2015-ci ildə[3] gerçəkləşmişdir. Açılışda vilayət qubernatorunun müavini İqor Quskov iştirak etmişdir[4].