Bu, tənha məqalədir. Çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. |
Viktor Raul Ayya de la Torre (isp. Víctor Raúl Haya de la Torre; 22 fevral 1895[1][2][…] – 2 avqust 1979[1][2][…], Lima) — Peru solçu siyasətçisi. O, milli-islahatçı Amerika Xalq İnqilabi Alyansı təşkilatçılarından və lideri olmuşdur.
Viktor Raul Ayya de la Torre | |
---|---|
isp. Víctor Raúl Haya de la Torre | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 fevral 1895[1][2][…] |
Vəfat tarixi | 2 avqust 1979[1][2][…] (84 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Viktor Raul Ayya de la Torre Perunun şimalında, Truxilyo şəhərində anadan olmuşdur 1913-cü ildə ədəbiyyat üzrə təhsil almaq üçün Truxilyo Milli Universitetinə daxil olmuş və burada məşhur Peru şairi Sezar Valyexo ilə tanış olur, onunla dostluq edir. Daha sonra Limadakı San-Markos Universitetinə daxil olmuş və burada universitetin inzibati islahatlarının aparılmasında mühüm rol oynamışdır. Bu islahatın bir hissəsi tələbələr tərəfindən tədris olunan işçilər üçün qiyabi kursların təşkili ilə bağlı idi. Ayya de la Torre tərəfindən işçilər üçün qurulan Qonzales Prada Xalq Universiteti sonralar onun APRA partiyasının əsasını təşkil etdiyi güman edilir.
Viktor Raul Ayya de la Torrenin qadınlarla heç bir əlaqəsinin olmaması ilə şəxsi həyatına diqqət çəkmişdir. O, evli olmayıb və çoxları onu homoseksual hesab edirdi. APRA görüşlərinin birində evlilik haqqında sual alanda demişdir: "APRA mənim həyat yoldaşımdır, siz isə (partiyanın üzvləri) mənim uşaqlarımsınız". Homoseksuallıq şübhələrindən onun siyasi rəqibləri katolik Peruda siyasi mübarizə aləti kimi istifadə edirdilər. Onun kişi və ya qadınla cinsi əlaqəsi haqqında dəqiq məlumat yoxdur.