Vilen və ya Vilnüs diyarı (pol. Wileńszczyzna, belar. Віленшчына, lit. Vilniaus kraštas,) — Vilnüs ilə birlikdə Litvanın şərq və cənub-şərq hissəsi, eləcə də Belarusun sərhəd bölgələri. 1920-1939-cu illərdə Polşaya məxsus idi. Bölgə əhalinin milli tərkibinin xüsusiyyətləri ilə, eləcə də siyasi və mədəni istiqamətləri ilə fərqlənir.
1917-ci ilə qədər Vilen ərazisi Rusiya imperiyasının Vilen quberniyasının tərkibində idi. Quberniyanın ərazisinə Sventsian, Vilen və Troks mahalları daxil idi. Göstərilən mahalların əhalisinin yarısı belaruslar idi, litvalılar azlıq təşkil edirdi. Litvalılar əsasən Vilnüs şəhəri (o dövrün Vilna) ərazisində idi. 1897-ci il Ümumrusiya siyahıyaalmasına görə vilayətin milli (linqvistik) tərkibi:[1]
belaruslar | litvalılar | yəhudilər | polyaklar | ruslar | |
---|---|---|---|---|---|
Quberniya əhalisinin milli tərkibi | 59,1 % | 17,6 % | 12,7 % | 8,2 % | 4,9 % |
Birinci Dünya Müharibəsi və Brest-Litovsk sülh müqaviləsi zamanı ərazi Alman qoşunları tərəfindən işğal edildi. 1918-ci ilin dekabrında alman qoşunları Vilnüs və ətraf ərazilər tərk etdilər. Yanvarın əvvəlində bu ərazilər, o cümlədən Vilna (5 yanvar) Qırmızı Ordu tərəfindən işğal edildi. Yerli polyak silahlı qüvvələri müqavimət göstərə bilmədilər. Sovet-Polşa müharibəsi zamanı Polşa qoşunları 1919-cu il 19-21 aprel tarixlərində Vilnanı işğal etdi. 1920-ci ilin iyulunda sovet ordusunun hücumu nəticəsində yenidən bölgə ələ keçirildi.
12 iyul 1920-ci ildə Moskvada RSFSR ilə Litva arasında keçmiş Litvanın müstəqilliyinə imza atılmışdır. Ölkə sərhədlərinə Koven əyaləti, Vilna, Grodno, Suvalk əyalətlərinin bir hissəsi, o cümlədən Vidzy, Vilna, Oshmyany, Lida, Schuchin, Grodno daxil idi.
Molotov-Ribentrop arasında olan gizlin pakta görə Litva və Vilnüs bölgəsi Almaniyanın təsir dairəsinə düşdü. SSRİ-nin Polşadakı maraq dairəsi Visla, San və Narew çayları ilə məhdudlaşdı.[2] 1939-cu ilin sentyabrında hərbi əməliyyatların başlaması ilə hər iki tərəf yuxarıdakı razılaşmadan imtina etdi.[2] Sovet ordusu Vilen diyarını ələ keçirdi. Alman orduları geri çəkildilər.