Vilgelm Qauf (29 noyabr 1802[1][2][…], Ştutqart[3][4] – 18 noyabr 1827[1][2][…], Ştutqart[3]) — Alman yazıçısı.
Vilhelm Hauff | |
---|---|
alm. Wilhelm Hauff | |
Doğum tarixi | 29 noyabr 1802[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 noyabr 1827[1][2][…] (24 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | səpmə yatalaq |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | şair, söz yazıçısı[d], uşaq ədəbiyyatı yazıçısı, xalq nağılları kolleksiyaçısı, yazıçı, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 1823-cü ildən |
Əsərlərinin dili | alman dili |
Janr | hekayə |
Vikianbarda əlaqəli mediafayllar |
Vilgelm Qauf 29 noyabr 1802-ci ildə Ştutqard şəhərində anadan olmuşdur. Onun 7 yaşı olanda Xarici İşlər Nazirliyində katib işləyən atası qəflətən dünyasını dəyişmiş və 4 uşaqla qalan anası Tübingen universitet şəhərciyinə atasının evinə köçmək məcburiyyətində qalmışdır. Demək olar ki, Qaufun gənclik illəri babasının zəngin kitabxanasında keçib və ele burada da o, ilk təhsilini alıb. 18 yaşında Universitetə daxil olan Vilgelm 4 ildən sonra onu fəlsəfə və teologiya doktoru kimi başa vurur. Bir qədər sonra o, müdafiə naziri, baron fon Högelin ailəsində repetitor kimi işə başlayır. Bu ailə ilə birgə gənc yazıçı Fransaya səyahət etmiş, böyük maraqla Almaniyanın şimal və mərkəzi hissələri tanış olmuşdur.[5]
Onun ilk dəfə 1826-cı ildə dərc olunmuş sehrli nağılları məhz baron fon Högelin uşaqları üçün yazılmışdır. "Balaca Muk", "Karlik burun cırtdan", "Yalançı şahzadə" kimi sevilən nağılları qısa ömür sürmüş bir insanın adını əbədi olaraq dünya ədəbiyyatı tarıxınə yazmışdır.
Valter Skottun romanlarından ilham alan Qauf XIX əsrin bu janrda yazılmış ən yaxşı romanı sayılan "Lixtenşteyn" romanını yaradır.
1827-ci ildə, 25 yaşında soyuqdəymədən vəfat edən yazıçının həyat yoldaşı ölümündən sonra onun nağıl almanaxı və bir neçə romanını dərc etdirir.
Bayrsbronda "Vilgelm Qaufun nağıl muzeyi" yerləşir.