Vilmoş Aba-Novak

Vilmoş Aba-Novak (mac. Vilmos Aba-Novák; 15 mart 1894[1][2][…], Budapeşt29 sentyabr 1941[3][1][…], Budapeşt) — Macarıstan rəssamı və qrafiki.

Vilmoş Aba-Novak
mac. Aba-Novák Vilmos
mac. Novák Vilmos
Doğum tarixi 15 mart 1894(1894-03-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 sentyabr 1941(1941-09-29)[3][1][…] (47 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəssam, rəssam-qravürçü[d]
Stil ekspressionizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilmoş Aba-Novak 1894-cü ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. Onun atası Düla Novak, anası isə Roza Vaqinger idi. Aba-Novak 1912-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra Budapeştdəki Kral Macarıstan Rəssamlıq Məktəbində (indiki Macarıstan İncəsənət Universiteti) təhsilini davam etmişdir. O, bu zaman rəssam Adolf Fenyesin emalatxanasında işləməyə başlamışdır. Aba-Novak Birinci Dünya müharibəsi səbəbindən fəaliyyətinə fasilə vermişdir. O, Avstriya-Macarıstan ordusuna çağırılmış və Şərq cəbhəsində xidmət etmişdir. Aba-Novak müharibə zamanı Viktor Olgeydən rəssamlıq dərsləri almağı bacarmışdır. O, müharibədən sonra rəssamlıq fəaliyyətinə davam etmişdir. O, 1921–1923-cü illərdə yay aylarını bir qrup rəssamla birlikdə Rumıniyanın Solnok və Baya-Mare incəsənət koloniyalarında keçirmişdir. Aba-Novakın ilk fərdi sərgisi 1924-cü ildə burada baş tutmuşdur.

Aba-Novak 1928-ci ildə Macarıstan Rəssamlıq Akademiyasının təqaüdçüsü kimi 1928–1930-cu illərdə üç il müddətinə Romaya yaradıcılıq ezamiyyətinə göndərilmişdir. O, Macarıstan rəssamlığında "Roma məktəbi"nin aparıcı nümayəndələrindən olmuşdur. Aba-Novak 1937-ci ildə Parisdə keçirilən Ümumdünya Sərgisində və 1940-cı ildə Venesiya biennalesində jürilərin qərarı ilə Qran-Pri mükafatına layiq görülmüşdür. O, 1939–1941-ci illərdə Macarıstan Kral Rəssamlıq Məktəbində dərs demişdir.

Vilmoş Aba-Novak 29 sentyabr 1941-ci ildə, 47 yaşında Budapeştdə vəfat etmişdir. Qəbri Farkaşreti qəbiristanlığındadır.[4]

  1. 1 2 3 4 Vilmos Aba Novak // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Kontha S. Vilmos Aba-Novák // Aba-Novák, Vilmos (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T000050
  3. 1 2 Oxford Art Online (ing.). [Oxford, England]: OUP, 2002.
  4. Keresztes-Takács Orsolya. Lakhatási viszonyok és az oktatási intézményekhez való hozzáférés a hajdúböszörményi szegregátumokban // REGIO . 23 (4). 2015-12-28. 58. doi:10.17355/rkkpt.v23i4.86. ISSN 2415-959X.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]