Vilyam Ceyms Sidis (William James Sidis, 1 aprel 1898[1], Manhetten, Nyu-York ştatı – 17 iyul 1944[1], Boston) — dünyanın ən zəkalı insanı.
Vilyam Ceyms Sidis | |
---|---|
William James Sidis | |
Doğum tarixi | 1 aprel 1898[1] |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 1944[1] (46 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | beyin qansızması[d] |
Atası | Boris Sidis |
Anası | Sara Mandelbaum Sidis |
Elm sahələri | riyaziyyat, süni dil |
İş yeri | |
Təhsili | |
sidis.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Ceyms Sidis dünyanın ən zəki insanlarından biridir. İQ-si 300-ə yaxındır. Rusiyadan ABŞ-yə köçən yəhudi bir ailədə anadan olmuşdur. Atası Boris Sidis Harvard Universitetində psixologiya dərsləri verirdi, bir neçə kitabları da çap olunmuşdur. Anası Sara Mandelbaum Sidis isə həkim idi. O hələ 6 aylıq olduğu vaxtda anası onun artıq bəzi sözləri dediyini görmüşdür. 8 aylıq olduqda əlifbanı əzbər bilirdi. 1.5 yaşı olduqda artıq qəzetləri oxumağı bacarırdı. Vilyamın dahi olduğunu görən anası həkimlikdən çıxıb bütün vaxtını bu möhtəşəm uşağa həsr edir. 6 yaşına çatdıqda orta məktəb səviyyəsindəki heç bir şagirddən fərqlənmirdi. 8 yaşına çatmamış ingilis, latın, yunan, ivrit, fransız, alman və rus dillərində danışa bilirdi. Hətta o Vindergood adlı bir dil də yaratmışdı. Keçmiş və ya gələcəkdəki hər hansı bir tarixin hansı günə düşdüyünü deyə bilirdi. Möcüzə uşağın bu üstün bacarıqları onu sosial medianın əsas gündəmi halına gətirdi. Hətta The New York Times qəzeti Vilyam Ceyms Sidisə ilk səhifələrində yer verdi.
Orta məktəbə yüksək hazırlıqla gedən uşaq orda da hər kəsi təəccübləndirdi. Bu səbəbdən də, 1-ci sinfi 1 günə, 2-ci sinfi bir neçə günə, 3-cü sinfi 3 aya, 4-cü sinfi 1 həftəyə, 5-ci sinfi 15 həftəyə, 6 və 7-ci sinifləri isə 6 həftə yarım qədər müddətlərdə bitirdi. 8 yaşında anatomiya haqqında məqalələr yazdı. 9 yaşında Harvard Universitetinin anatomiya fənnindən imtahan verib. İmtahanları keçməsinə baxmayaraq yetəri qədər emosional yetginliyə çatmadığı üçün Harvarda götürülmədi. Harvardın yetərli qəbul etdiyi emosional yetginlik yaşı olan 11 yaşına çatdıqda Harvarda qəbul olundu. O, həm oxuyur, həm də 4 fənn üzrə dərs deyirdi. Onun mühazirələrində Harvard Universitetinin müəllimləri də iştirak edirdilər. Harvarddakı təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 16 yaşında hüquq təhsili almağa başlayır. Universiteti bitirən dahi 4 kitabın müəllifinə çevrildi. O, orta yaşlarında dünyanın 40 dilində sərbəst danışırdı. Lakin siyasətlə maraqlanması ona problemlər yaratdı. Marksın ideyalarını müdafiə edən gənc 1 may nümayişlərindən birində iştirakına görə həbs edildi. Ailəsinin imkanları sayəsində həbsdən azad edilən dahinin cəzası ev dustaqlığı ilə əvəzləndi. Vilyam həm iştirak etdiyi çıxışlar, həm də ateist olmasına görə xalqın gözündən düşməyə başladı. Yüksəlişiylə medianın maraq nöqtəsi olan Vilyam, düşüşüylə də maraq nöqtəsi oldu. Bu maraq artıq Vilyamın kefini qaçırmağa başlayırdı. Ömrünün sonlarında öyrəndiyi dil sayı 40-ı keçdiyi deyilir. Həyatının geriyə qalan hissəsini elmdən uzaq keçirmiş, xırda işlərdə işləyib çörəyini qazanmağa çalışmışdır. 17 iyul 1944-də beyin qansızmasından ölmüşdür.[3]
Passaconaway in the White Mountains — Boston, 1916.
The Animate and the Inanimate — Boston, 1925.
Notes on the Collection of Transfers — Philadelphia, 1926.
The Tribes and the States — Wampanoag Nation, 1982 (1935).