Vilyam Le Bon Cenni

Vilyam Le Bon Cenni (25 sentyabr 1832[1][2][…]14 iyun 1907[1], Los-Anceles, Kaliforniya) — amerikalı memar, ABŞ-də "göydələnlərin atası" adlandırılır

Vilyam Le Bon Cenni
ing. William Le Baron Jenney
Doğum tarixi 25 sentyabr 1832(1832-09-25)[1][2][…]
Vəfat tarixi 14 iyun 1907(1907-06-14)[1] (74 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti memar, mühəndis
Fəaliyyət illəri 1867–1907
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Le Bon Cenni 1832-ci ildə Massaçusets-də doğulmuşdur. 1850-ci ildə Harvard Universitetinə daxil olan Cenni, memarlıq təhsili almaq üçün Fransaya gedir. 1856-ci ildə təhsili bitirərək doğma yurdu ABŞ-yə qayıdır.

ABŞ-də 1870-ci ildən etibarən binalar yüksəlməyə başlamışdı ancaq daha yüksəyinə edə bilmək üçün memarlıq qabiliyyətin yanında texniki infrastruktur da lazım idi. Əvvəlcə binanın ağırlığını daşıyan və metal skeletə ehtiyac vardı və də təbii ki, liftə. Bu iki ehtiyacın qarşılanmasının dərhal ardından 1985-ci ildə Çikaqoda Home Insurance Buildingin inşası tamamlandı. Bina 10 mərtəbəli və 42 metr yüksəkliyə sahib idi. Bu binanın memarı olan Vilyam Le Bon Cenni "göydələnlərin atası" olaraq tarixə daxil oldu.

Hekayəyə görə, Cenni bir gün evinə getdiyində, həyat yoldaşı onu qarşılamaq üçün əlindəki qalın kitabı quş qəfəsinin üzərinə qoyur. Quş qəfəsinin üzərindəki kitabı əlinə alan və təkrar qəfəsin üzərinə qoyan, sonra yenidən alan və təkrar buraxan Cenni buradan aldığı ilham ilə Home Insurance Building-i hazırlayır.

  1. 1 2 3 4 5 RKDartists (nid.).
  2. 1 2 William Le Baron Jenney // Encyclopædia Britannica (ing.).