Vilyam Marş Rays

Vilyam Marş Rays (ing. William Marsh Rice; d. 14 mart 1816, Sprinqfild, Massaçusets, ABŞ – ö. 23 sentyabr 1900, Nyu-York, Nyu-York, ABŞ) — ABŞ-nin Massaçusets ştatından olan biznesmen; Rays Universitetinin yaradıcısı.[1]

Vilyam Marş Rays
ing. William Marsh Rice
Vilyam Marş Rays
Vilyam Marş Rays
Doğum tarixi
Doğum yeri ABŞ ABŞ, Massaçusets, Sprinqfild
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri ABŞ ABŞ, Nyu-York, Nyu-York
Vəfat səbəbi zəhər[d]
Fəaliyyəti tacir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

14 mart 1816-cı ildə Massaçusets ştatının Sprinqfild şəhərində anadan olmuşdur.

Texas ştatında pambıq satışı ilə məşğul olmuş və nəticədə yüksək məbləğdə vəsait əldə etmişdir.[1]

Təhsilə qayğısı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Rays Universiteti

1891-ci ildə Rays Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir.[1] Lakin o, 1900-cü il sentyabrın 23-də qəflətən vəfat edir.[1] Ölümündən sonra onun vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır.[1] Sonradan Raysın vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.[1] Ali məktəb isə, yalnız 1912-ci ildə yaradılır.[1]

1912-ci il sentyabrın 23-də, Raysın ölümünün ildönümündə Rays İnstitutunun Vilyam Marş Rays adına Ədəbiyyat, Dəqiq və Humanitar Elmlərin İnkişafı İnstitutu fəaliyyətə başlamışdır.[1]

1930-cu ildə Rays İnstitutunun hazırda "Lovett Holl" kimi tanınan inzibati binasının yaxınlığında Raysın əyləşmiş şəkildə böyük tunc heykəli qoyulmuşdur.[1]

1960-cı ildə Rays İnstitutu rəsmi olaraq Vilyam Marş Rays Universiteti adlandırılmışdır.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Lamiyə Əliyeva, Dünya universitetləri: Rays Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 17.11.2011, № 45.  (az.)