Vilyoy su anbarı

Vilyiy su anbarı
Ölkə  Rusiya
YerləşməsiYakutiya
Uzunluğu470 m
Eni17 m
Orta dərinliyi17 m
Vilyoy su anbarı (Rusiya)

Vilyoy suanbarı — Rusiyanın Yakutiya Respublikası ərazisində yerləşən su anbarı. Anbar Lena çayının əsas qollarından biri olan Vilyoy çayı üzərində inşa edilmişdir. Su anbarı inzibati cəhətdən Yakutiya ilə Krasnoyarsk diyarı ərazilərində yerləşir. Anbar Aşağı Tunqus çayından 80 km aralıda yerləşir.

Su anbarı 1965-1967-ci illərdə Viyoy çayının qarşısıns bənd atılması sayəsində yaranmışdır. Su anbarı inşa edildikdən sonra 2,3 min. ha torpaq sahəsi suyun altında qalır. Üstəlik burada 50 tikili suyun dibinə qərq olmuşdur. Su snbarı 246 metr okean səviyyəsindən hündürdə qərarlaşır. Anbarın sahəsi 2 360 km²-dir. Su anbarının hündürlüyü maksimal dərinliyi 70 metrdir. Orta dərinliyi cəmi 17 metrdir. Səviyyəsi yağıntılardan asılı olaraq dəyişir. Su anbarının uzunluğu 470 km, eni isə 18 km-dir.

Su anbarının illik su tutumu 20 km³-dir. Suanbarının ümumi tutumu 40,4 km³-dir.

İqtisadi əhəmiyəti

[redaktə | mənbəni redaktə et]

Su anbarının əsas əhəmiyyəti çayda suyun mövsümü və illik axının tənzimlənməsidir. Anbar su təhçizatında istifadə edilir. Su anbarı üstəlik gəmiçilikdə və balıqçılıqda istifadə edilir. Çayın il boyu aşağı axarlarında gəmiçilik üçün əlverişli şəraitin yaradılmasında mühüm rol oynayır[1]. Su anbarının önünda su anbarı fəaliyyət göstərir. Bununla da böyük gücə malik enerji istehsal edilir.

2008-ci ilik iyul-avqust ayları güçlü yağıntıları yağmışdır. Bu zaman anbara 38 km³ su daxil olmuşdur. Anbarda daşqının baş verməsinin qarşısını almaq məqsədi ilə anbardan 23 km³ su buraxılmışdır. Əslinə qalsa normadan artıq su buraxılışı qar yağan zaman müşahidə edilsədə bu böyüklükdə su kütləsi qısa zaman anbara daxil olmamışdır.[2]

  1. Вилюйский гидроузел: социально-экологические последствия Arxivləşdirilib 2016-04-05 at the Wayback Machine  (rus.)
  2. Vilyoy su anbarı hidroenergetiklərin nəzarəti altındadır[ölü keçid], 18 sentyabr 2008 Xəbərlər «YakutskEnerqo»