Xəzər qarasolu (lat. Vimba vimba persa) — Qarasol növünə aid yarımnöv.
Xəzər qarasolu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Əsasən Cənubi və Orta Xəzərdə yayılmışdır. Samur çayının aşağı axarında Vələmir və Qusar çaylarında, Kürün aşağı axarında, Azərbaycanın cənub çaylarından Viləş, Qumbaşı və Lənkəran çaylarında yayılmışdı. Böyük və Kiçik Qızılağac körfəzlərində nisbətən çoxsaylıdır. Aqraxan və Araqum su hövzələrində, Türkmənbaşı körfəzinə qədər Həsənqulu rayonunda, Xəzərin qərb sahili çaylarından Terekdə, Rubasçayda qeydə alınmışdır.
Bədən nisbətən alçaqdır. Beli göyümtül-boz, qarnı gümüşü-ağ, bədənin aşağı hissəsindəki üzgəclər solğun-sarımtıldır. Ağzı alt aypara formasındadır. Bel üzgəcində 8, anal üzgəcində 16–19 şüa var. Bədəni orta hündürlükdə, başı və pulcuqları orta irilikdədir. Yan xətt orqanında 49–54 pulcuq vardır. Uzunluğu 12–30 sm, kütləsi 330 q-a qədərdir, 7 ilə qədər yaşayır.
Areal daxilində qarasol bir sıra morfoloji əlamətlərinə və bioloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənən 3 müstəqil populyasiya əmələ gətirir. Qarasol ölçüsünə görə xırda, keçici balıqdır. O, bütün vaxtı dənizdə yaşayır, kürütökmə vaxtı çaylara girir. Xəzərin Azərbaycan sahilləri boyu bu balıq Samurun aşağı axarında, Qusarçay, Kür, Viləşçay, Qumbaşı və Lənkərançayda yayılmışdır. Su bitkiləri, frlanğıclar, su cücülərindən ağcaqanad, gündəcə və başqalarının sürfələri ilə qidalanır. Sonralar qidaya ilbizlər, qurdlar və b. dib heyvanları əlavə olunur.
Cinsi yetişkənliyə əsasən 4 yaşında, bəzi hallarda isə 3 yaşında çatır. Aprel-iyun aylarında suyun temperaturu 16–20 °C olduqda kürü verməyə başlayır. Çoxalmaq üçün çaylara girən qarasol balığının uzunluğu 14–22 sm, kütləsi isə 60–190 q olur. Ölçülərindən və yaşından asılı olaraq hər dişi balıq 10–55,7 min ədəd kürü verir. Kürüsü yapışqanlıdır. O, kürünü 0,2–1 m dərinlikdə, çay bitkilərinin gövdəsi və ya kökü üzərinə, bəzən isə çayda daşlar üzərinə tökür. Sürfələr mayda çıxır və tezliklə dənizə axışırlar.
Azsaylı olduğu üçün Kür-Xəzər zonasında onun vətəgə əhəmiyyəti azdır. Xəzər üzrə illik ovu min sentnerdən çox olmur. Azərbaycanda bir sıra illərdə Xəzər qarasolunun ovu 3–4-dən 138–150 sentnerə qədər olub. Son illərdə, ehtiyatının kəskin azalmasını nəzərə alaraq, zavod üsulu ilə artırılmasının texniki yolları işlənib hazırlanmışdır.[1]