Qusarçay

QusarçayQusar, QubaXaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür.

Quruçay
Quruçay, Alpan kəndi
Quruçay, Alpan kəndi
Ölkə  Azərbaycan
Rayonlar
Mənbəyi Bazardüzü
 • Yüksəkliyi 3780 m
Mənsəbi Xəzər dənizi
 • Yüksəkliyi -28 m
Uzunluğu 108 km
Meyilliyi 33,7 m/km
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 799 km²
Qusarçay (Azərbaycan)
mənbəyi
mənsəbi
Qusarçay Azərbaycanın fiziki xəritəsində:

41°11′49″ şm. e. 47°52′23″ ş. u.HGYO

41°36′42″ şm. e. 48°50′40″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 108 km,hövzəsinin sahəsi 799 km²-dir. Başlanğıcını Bazardüzü dağından (3780 m) alır. Başlıca qolları, soldan Şahnabat (uzunluğu 12 km), sağdan isə Sixur (uzunluğu 14 km) çaylarıdır. Çayın illik axımının 7%-i yağış, 64%-i qar, 29%-i isə yeraltı sulardan əmələ gəlir. Axıncaçayın orta illik su sərfi 7,70 kub m/san-dir. Axımın 19%-i yazda, 56%-i yayda, 18%-i payızda, 7%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 5,44 kq/san, lillənməsi isə 700 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150–300 mq/l minerallaşmaya malikdir.

Qusarçayın üzərində Qusar, Xuray, Ənik və Güzün HES -ləri tikilmişdir.

Suvarma işlərində geniş istifadə olunur. Suyun bir qismi Samur-Abşeron su kanalına axıdılır.

Qusarçayın axını boyu onun əmələ gətirdiyi dərə dörd hissəyə ayrılır. Birinci hissə Baş suayrıcı silsilənin şimal yamacıdır ki, burada çay geniş troq tipli Yatıq dərənin dibi ilə axır. Cənub yamac və şimal yamacın başqa çaylarından fərqli olaraq, burada çayın yatağının meyilliyi böyük deyil (38 m/km). İkinci hissədə çay Şahdüzü adlanan böyük erozion çökəkliyin dibi ilə qərb-şərq istiqamətində axır. Uzunluğu 7 km-ə çatan ikinci hissədə Yatıqdərə və Şahnabatçay birləşir və sağdan Tufan dağının şimal yamaclarındakı qar və buzlardan mənbəyini götürən bir sıra qısa qollar qəbul edir (Əbilsu və s.). Bu hissədə çay yatağının meyilliyi 20 m/km-dən azdır.

Üçüncü hissədə Qusarçay öz istiqamətini kəskin dəyişərək şimal — şimal-şərqə dönür və dərin (2 km) yarma dərə ilə Şahdağ və Qızılqaya massivlərini bir-birindən ayırır. Burada çayın yatağının düşməsi 80 m/km-dən artıqdır. Çay əhəngdaşlarından ibarət qaya və kəsəklər arasında iti axır və astanalar, şəlalələr əmələ gətirir. Bu hissə Kuzun kəndində qurtarır. Dördüncü hissə Kuzun kəndi yaxınlığında başlayıb Bala Qusar-Çartəpə kəndləri yanında qurtarır. Burada (uzunluğu 30 km, çay yatağının düşməsi 21,6 m/km) Qusarçay geniş əsl qutuvari-terraslı dərə ilə axır. Bu hissədə dərə cavan kontinental (prolüvial, allüvial-prolüvial) çöküntülərin çox qalın qatlarını kəsdiyinə görə, çay sularının xeyli hissəsi infiltrasiyaya itir (yataqaltı axın yaradır).

Qusar maili düzənliyinin şimal hissəsində çay nəql etdiyi iri danəli gətirmələri əsasən, çökdürür və Samur-Dəvəçi ovalığında bir neçə qollara ayrılaraq, öz sularını Xəzərə çatdırır. Qusarçaydan və xüsusilə Samurçaydan məsaməli və qaba tərkibli allüvial-prolüvial qatlara süzülən sular Samur-Dəvəçi ovalığının şimal hissəsinin (Şollar düzünün) bol yeraltı sularını qidalandırır.