Vimen violacea

İtiyarpaqlı söyüd (lat. Salix acutifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.

İtiyarpaqlı söyüd
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Avropada, Zaqafqaziyada, Orta Asiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 12 m-ə, şaxələnmiş çətirinin diametri 6 m-ə çatan ağacdır. Yarpaqları neştərvari, tünd yaşıl, alt hissəsi açıq, göyümtül çöküntülüdür. Sırğaları sarıdır. Aprel ayında çiçəkləyir və may ayının 1-ci ongünlüyünə qədər davam edir. Meyvəsi may ayında yetişir.

Torpağa tələbkar deyil.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bir çox rayonlarında, park və bağlarda mədəni şəraitdə becərilir.

Balverən bitkidir. Yaşıllaşdırmada geniş istifadə olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Salix daphnoides subsp. acutifolia (Willd.) Ahlfv.
  • Salix violacea G.Anderson ex Sm.
  • Vimen violacea Raf.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]