Vinayapitaka[1] (hərfi mənada – «intizam səbəti»; «intizam qaydaları səbəti»[2]) — buddist Tripitaka kanonunun birinci çoxcildlik kitabı. Theravada məktəbinin versiyasında yalnız pali dilində tamamilə qorunub saxlanılmışdır. Kitabın sanskrit dilində yazılmış müxtəlif hissələri və hətta digər erkən məktəblərə məxsus cildləri də qorunub-saxlanılmışdır. Bir neçə cild yalnız Çin dilində və sanskrit dilindən Tibet dilinə tərcümələrdə mövcuddur.[3]