Vinek xan

Vinek xan — (bolq. Винех) - Bulqar xanı. 754-762 [2] yaxud 756-762 illərində hökmdarlıq etmişdir.[3] Uokil sülaləsindən idi. Kormisoş xanın bacısı oğludur.

Vinek xan
bolq. Винех
756 – 762
ƏvvəlkiKormisoş xan
SonrakıTelets xan
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi
Vəfat səbəbi qəsdən adamöldürmə[d]
Fəaliyyəti monarx
Uşağı
Dini Tenqriçilik

Hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

İmperator V Konstantin Frakiya ətrafını gücləndirməyə, ermənilərisuriyalıları bölgəyə köçürməyə başlamışdı. Buna cavab olaraq Kormisoş xan, illik verilən verginin artırılmasını tələb etmişdi. Cavab almayan xan hücuma keçmiş lakin məğlub olmuşdu.[4] Bu məğlubiyyətin nəticəsi olaraq saray çevrilişi nəticəsində devilmiş, taxta bacısı oğlu Vinek xan gəlmişdi.

Taxta çıxarkən V Konstantinə hücum edən xan Karnobat yaxınlığında məğlub olmuş, sülhə məcbur edilmişdi. 759-cu ildəki ikinci döyüşdə isə qalib gəlmişdi. Lakin qalibiyyətə baxmayaraq sülhə getməsi saray əyanları tərəfindən xoş qarşılanmadı və saray çevrilişi nəticəsində xan daxil bütün ailəsi öldürüldü.

Antarktikada Vinek təpəsi onun şərəfinə adlandırılmışdır.

  1. Lundy D. R. Vinekh, King of Bulgaria // The Peerage (ing.).
  2. Mosko Moskov, Imennik na bălgarskite hanove (novo tălkuvane), Sofia 1988.
  3. Jordan Andreev, Ivan Lazarov, Plamen Pavlov, Koj koj e v srednovekovna Bălgarija, Sofia 1999.
  4. Runciman S., A history of the First Bulgarian empire, London, G.Bell & Sons, 1930, pp.37, 289