Vinod Mehra (13 fevral 1945, Amritsar, Britaniya Hindistanı – 30 oktyabr 1990, Bombey[1]) 13 fevral 1945–ci ildə Amritsaredə anadan olub. Vinod kinoda uşaqkən 1958-ci ildə “Raagni” filmində debüt edib. Aktyor kimi 1971-ci ildə filmlərə çəkilməyə başlayıb. 20 il ərzində 100-dən artıq filmə çəkilib. Filmlərin əksəriyyətində baş rol ona həvalə edilib. Mehra Amitabh Baççan, Sanciv Kuçar, Rajeş Xanna, Dharmendra kimi aktyorlarla tərəf-müqabili olub. Rekha, Mouşmi Çatterci, Yoqita Bali, Şabana Azmi, Bindiya Qosvami kimi aktrisalarla çəkilib. Bir çox filmlərə çəkilməyinə baxmayaraq yalnız Amar Prem, Nagin, Jаni Dushman, Khuddar filmləri ona dünya şöhrəti gətirib. Anurodh (1977), Amardeep (1979) və Bemisaal (1982) filmlərinə görə “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyasında Filmfare mükafatı qazanıb. Ölümündən sonra 1990-cı ildə ekranlara çıxan “Üç hiddətli kişi” filminin rejissoru və prodüseri olub. Onun çəkildiyi filmlərin əksəriyyəti: “İnsansevərlik” 1994), "Qadın taleyinin dəyişkənliyi" (1996) və sair filmlər, ölümündən sonra çıxıb.
Vinod Mehra | |
---|---|
Doğum tarixi | 13 fevral 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 1990 (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Fəaliyyəti | aktyor, film prodüseri, kinorejissor |
Fəaliyyət illəri | 1958-ci ildən |
IMDb | ID0576495 |