Violin

Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır.

Skripka
Hornbostel–Zaks təsnifatı 321.322-71
Əlaqəli alətlər alt
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


ka

Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir.

Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur.

Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir. 70 hissədən ibarətdir. Notları sol açarıyla yazılan skripkanın simləri sırasıyla SOL, RE, LYA, Mİ olaraq akkord edilir. Simlərin köklənməsi belədir: IV-g, III-d¹, II-a¹, I-e². Diapazon kiçik oktavanın sol sahəsindən dördüncü oktavanın lya səsinə kimidir.

Skripka kamanı simlər üzərində yuxarı–aşağı hərəkət etdirməklə çalınır. Skripkada çalğı texnikası rəngarəng ştrixlərlə zəngin (detaşe, leqato, stakkado, pissikato) və geniş imkanlara malikdir.

Partiturada Skripka partiyası zərb alətlərindən aşağıda yazılır.[1]

Skripkanın hissələri

[redaktə | mənbəni redaktə et]