Adi ərgüdə (lat. Vitex agnus-castus) — viteks cinsinə aid bitki növü.
Adi ərgüdə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Adi ərgüdə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şimali Afrika, Avropa, Asiyanın mülayim iqlim zonası və subtropikləri, ön Asiya, Zaqafqaziya, orta Asiyada yayılmışdır.
Hündürlüyü 4-8 m olan ağacvari koldur. Bitki sıx, yapışıq tükcüklərdən ibarət boz keçəldir. Budaqları qonur, dörd hissəli, kəskin qoxuludur. Yarpaqları iri, uzun saplaqlarda (4 sm), üzbəüz yerləşmiş, barmaqvari mürəkkəb, 5-7 xırda yarpaqlıdır, yalançı zoğları yoxdur. Çiçəkləri çoxsaylı, açıq bənövşəyi, iki dodaqlı, sıx süpürgəvari sünbülvari çiçək quruplarında budaqların uclarında yığılmışdır. Kasacığı beş hissəli, bitişik yarpaqlı, boruvari formalı, uzunluğu 9 mm-dir. Dörd erkəkciyi çiçək tacının üzərindən yuxarı çıxır. Çiçək tacının rəngi zəif mavidir. Meyvəsi qara, dörd yuvalı, şarşəkilli, diametri 3-4 mm olan quru çəyirdəkdir. İyundan oktyabradək çiçəkləyir, oktyabr- noyabrda meyvə verir.
Torpağa tələbkar deyil, daşlı, qumlu, gillicəli torpaqlarda bitir, duza davamlıdır. Dəniz səviyyəsindən 400 m hündürlükdə, su mənbələrinin sahillərində, dağ yamaclarında bitir.
Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Həm dеkоrativ, həmdə bal vеrən bitkikidir. Bütün hissələrində alkоlоidlər, aşı maddələri, vitaminlər, mikrоеlеmеntlər, еfir yağları vardır. Bitkinin budaq və mеyvələrinin dəmlənməsi müхtəlif dəri хəstəliklərində istifadə edilir.