Viti-Levu (ing. Viti Levu) — Viti-Levu adalarının ən iri adasıdır. Viti Levu dillərində «Böyük ada» mənasini bildirir. Viti sözü sonradan dəyişilmiş formada Fici olmuşdur.
Viti-Levu | |
---|---|
ing. Viti Levu, | |
Ümumi məlumatlar | |
Sahəsi | 10388 km² |
Uzunluğu |
|
Hündür nöqtəsi | 1324 m |
Əhalisi | 580.000 nəfər (1996-cı il) |
Yerləşməsi | |
17°48′00″ c. e. 178°00′00″ ş. u.HGYO | |
Ölkə | Fici |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın sahəsi 10 338 km² təşkil edir. Şərqdən qərbə uzunluğu 146 km, şimaldan cənuba 106 km təşkil edir. Ölçülərinə görə Okeaniyada ölçüsünə görə 6 adadır. Ən yaxın materik Avstraliyadır (2700 km)[1]. Adanın şimalında Blaya dənizi yerləşir. Vanua-Levu adası digər adalardan Latu-i-ra və Kandavu boğazları ilə ayrılır. Adadan şimal-şərqdə Yasava adaları yerləşir.
Ada vulkan və materik məşəllidir[1]. Adanın ən hündür nöqtəsi Тоmaniivi dağıdır (1324 m).
Ada Subekvatorial iqlimə malkdir. Orta illik tempratur 24 — 29°S, yağıntının miqdarı isə 2000–3000 mm təşkil edir. İl boyu eyni iqlim olsa da qışda nisbətən quraq keçir. Burada[1] adanın iqlimi rəngarəngdir. Manqrov meşələrinə rast gəlinir.
Adada Ficinin paytaxtı olan Suva şəhəri yerləşir. Burada ölkənin sahəsinə görə ikinci şəhəri olan Nandi şəhəri yerləşir.
Viti-Levu adasında böyük Hindistanlı diaspra mövcuddur.
Adada Ficinin 13 vilayətindən 8-i yerləşir. Adada yerləşən Mba, Nadroqa-Navosa və Ra vilayətləri Qərb dairəsinə, Naitasiri, Namosi, Reva, Serua və Tailevu vilayətləri isə Mərkəzi dairəyə daxildir. Adanın qərb hissəsi şəkər qamışı, şərqində isə südçülük istiqamətli maldarlıq inkişaf etmişdir.