Viti Çereviçkin adına Uşaq parkı

Viti Çereviçkin adına Uşaq parkıRostov-na-Donu şəhərində yerləşən park. Park şəhərdə yeganə uşaq parkdır. Park şəhərin mərkəzində Sovetski küçəsində yerləşir.[1]

Viti Çereviçkin adına Uşaq parkı
Детский парк имени Вити Черевичкина
Xəritə
47°13′37″ şm. e. 39°44′57″ ş. u.
Ölkə Rusiya Rusiya
Şəhər Rostov-na-Donu
Yerləşir Rostov-na-Donu
Tikilmə tarixi 1880
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Park ilk dəfə 1880-ci[2] ildə salınmışdır. Parkın ilk adı Aleksandr bağı olmuşdur. Bu bağ Rusiya İmperiyasının imperatoru II Aleksandrın imperator kimi tac qoymasının 25 illiyi münasibəti ilə inşa edilmişdir[3] 1894-cü ildə burada Aleksandr kolonnası quraşdırılır. 11 metrlik kolonna italyan arxitektoru Tonettinin layihəsinin əksi olaraq Nikolay Nikitiç Durbax tərəfindən yaradılmışdır. Sovet dönəmində imperiya ilə əlaqədar olan emblemlər abidədən çıxarılmışdır. 1994-ci ildə qranit lövhə və iki başlı qartal yenidən quraşdırılmışdır. Hazırda abidə yerli əhəmiyyətli mədəni abidə sayılır.

1936-ci ildən park «Pioner və məktəblilərin Uşaq parkı» olaraq adlandırılır. Onun ərazisində kanal çəkilir və körpü quraşdırılır. 1965-ci ildə parkın adı Viktor İvanoviç Çereviçkinin şərəfinə adlandırılır. Bu yeniyetmə İkinci Dünya müharibəsi dönəmində alman işğalçıları tərəfindən öldürülmüşdür. 1961-ci ildə parkda onun büst ucaldılmışdır. Büst Nikolay Vaqanoviç Avedikov tərəfindən hazırlanmışdır.

Viti Çereviçkin adına Uşaq parkı nəyinki Rostov-na-Donuda hətta bütün Rostov vilayətində yeganə uşaq parkıdır. Bu park məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərfə tutulmuşdur. Burada uşaqlar üçün bütün şərait yaradılmışdır. Yeni ailə quranlar çox vaxt kanal üzərində olan körpüyə qıfıl vurulur. Bu səbəbdən körpü «Sevgi və xöşbəxtlik körpüsü» olaraq adlandırılır.

2000-ci ildə Rostov-na-Donu Mədəniyyət rəhbərliyi tərəfindən bərpa edilmişdir.

  1. "Viti Çereviçkin adına Uşaq parkı". 2018-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  2. "Viti Çereviçkin adına Uşaq parkı". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  3. "Viti Çereviçkin adına Uşaq parkı". 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.