Vitni dağı

Vitni dağı (ing. Mount Whitney) — ABŞ-nin Kaliforniya ştatının Tulare və İnyo qraflıqlarında yerləşən dağ. Vitni dağının hündürlüyü 4.421 m olub Alyaska xaricində ABŞ-nin ən hündür dağ zirvəsidir. Şimali Amerika qitəsinin ən alçaq yeri olan Ölüm Dərəsi Milli Parkındakı Badvater hövzəsi (-84 m) ilə şimal-qərbində yerləşən və ABŞ-nin ən hündür ikinci dağı olan Vitni dağı arasındakı məsafə 136,2 km-dir. Vitni dağının qərb yamacları Sekvoya Milli Parkının sərhədləri içərisindədir. Şərq yamacları isə İnyo qraflığı tərəfindən İnyo Milli Meşəsi adı ilə qorunur. Vitni dağına gedən Vitni Dağı Yürüyüş Zolağının uzunluğu 341 km-dir.

Vitni dağı
ing. Mount Whitney
Vitni dağı
Vitni dağı
Ümumi məlumatlar
Dağ sistemi Syerra Nevada
Dağ silsiləsi Syerra-Nevada (ABŞ)
Mütləq hündürlüyü 4.421 m
Nisbi hündürlüyü 3.073 m
İlk fəthi 18 avqust 1873
Çarlz Beqole, Albert Conson və Con Lukas.
Yerləşməsi
36°34′43″ şm. e. 118°17′31″ q. u.HGYO
Ölkə  ABŞ
Əyalət
Rayon
  • İnyo, Tulare.
Vitni dağı xəritədə
Vitni dağı
Vitni dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vitni dağı Syerra Nevada dağlarının bir zirvəsidir. Ən yaxınlıqda olan Lone Pin şəhərindən 3,5 km uzaqlığındadır.

Vitni dağında Alp iqlimi hakimdir. Dağda əsasən tundra bitkiləri yayılmışdır. Zirvənin yaxınlığında isə demək olar ki, bitki bitmir. Dağda ancaq müvəqqəti heyvan növləri (məsələn, kəpənəklər) yaşayır.

İllər boyunca Vitni dağının hündürlüyü dəyişmişdir. Zirvəyə qoyulmuş keçmiş hündürlük zirvəsinə görə hündürlük 14.496,811 ayaqdır. AB Geodesik Survey quruluşunun zirvəyə boz lövhə qoymuşdur. 1929-cu ildə aparılan ölçülərə görə isə dağın hündürlüyü 14.494 ayaq göstərilmiş və belə də qəbul olunmuşdur. Amma XX əsrdə texnologiya inkişaf etmiş, keçmiş hesablama nöqtələri dəqiqliklə ölçülmüş və ölçü standartı dəyişmişdir. 1988-ci ildə yeni standart qəbul edilmişdir. Yeni ölçümə görə Vitni dağının hündürlüyü 14.505 ayaq (yani 4421 m) olaraq qəbul edilmişdir.

Vitni dağı qranitdən ibarətdir. Bu qranit Syerra Nevada dağlarının əmələ gəldiyi qranitlə eynidir. Təbaşir dövründə okean tavasının yer tavası ilə toqquşub altına girməsi nəticəsində Vitni dağı əmələ gəlmişdir. Son 2-10 milyon il ərzində Syerra Nevada dağlarının hündürlüyü artmış, eroziya nəticəsində üst təbəqə parçalanaraq qranit ortaya çıxmışdır.

Vitni dağının şərq yamacları qərb yamaclarından daha dikdir. Buna səbəb Syerra Nevada dağları geoloji lövhəsinin xüsusi şəkildə hərəkət etməsidir. Bu lövhə sanki qərbdə sabit olub şərqə meyil etməkdədir.