Vitold Qombroviç(pol. Witold Gombrowicz; 4 avqust 1904, Opatuv ətrafında Maloşitsa kəndi, Polşa — 24 iyul 1969, Vans, Fransa) — Polşa yazıçısı.
Vitold Qombroviç | |
---|---|
pol. Witold Gombrowicz | |
Doğum tarixi | 4 avqust 1904[1][2][…] |
Vəfat tarixi | 24 iyul 1969[1][3][…] (64 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, dramaturq, roman yazıçısı, gündəlik yazıçısı[d], şair-vəkil[d], esseist, hüquqşünas |
Əsərlərinin dili | polyak dili |
İstiqamət | Ekzistensializm |
Janrlar | hekayə, povest[d], roman |
gombrowicz.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Witold Gombrowicz elə bir yazıçıdır ki, xaricdə onun əsərlərini şedevr sayırlar, amma vətəni Polşada hələ də düz-əməlli tanınmır.
Əlbəttə həm də ona görə ki, ömrünün böyük hissəsini xaricdə yaşayıb. Bir müddət Polşada əsərlərinin çapına qadağa qoyulub, bir müddət isə bunu özü istəməyib.
Onun əsərləri əsasında Almaniya, Fransa, İsveçrə kimi ölkələrdə tamaşalar hazırlanıb, kitabları 30-dan çox dilə çevrilib.
Bəs niyə Polşa kimi demokratik ölkədə onun yaradıcılığına maraq böyük deyil?
Gombrowicz öz azadlığını, müstəqilliyini heç bir xalqın, cəmiyyətin, sosial qrupun maraqlarına qurban verməyən bir yazıçıdır.
Onun əsərlərində polyakların öz ənənələri, tarixlərinə hədsiz bağlanmaları, Polşa mədəniyyəti, Polşa cəmiyyətinin müxtəlif təbəqələri sərt tənqidə, sarkazma məruz qalır.
"Qanun" nəşriyyatının Azərbaycan dilində çap etdiyi "Ferdidurka" romanı da Gombrowicz-in belə amansız əsərlərindəndir.