Dənizkənarı Alplar — Fransanın cənubi-şərqində yerləşən departament, sıra nömrəsi-6, inzibati mərkəzi isə Nitsa şəhəridir. 2010-cu ildə əhalisi 1,094,579 nəfərə çatmışdır. 2010-cu ildə departamentlər arasında əhali siyahısına görə 19-cu sırada yer almışdır.
Dənizkənarı Alplar | |
---|---|
Alpes-Maritimes Aups Maritims | |
43°50′ şm. e. 7°10′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 23 iyun 1860 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
departement06.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Departamentin ərazisi 4299 km²-dir. Ərazi vasitəsilə bir çox çay axır: Var, Bandol, Buyonn və Burda.
Departamentin tərkibinə 2 bölgə, 52 kanton və 163 kommuna daxildir.
Artıq qədim dövrlərdə Dənizkənarı Alpları adı daşıyan ərazi Roma vilayəti mövcud olmuşdur. Eyni adlı deparatment isə Fransada 1793-ci ildən 1815-ci ilədək mövcuddur, lakin onun rəsmi sərhədləri yalnız 1947-ci ildə yaranmış, mövcud olan departamentin sərhədləri ilə üst-üstə düşmürdü.