Vittel

Vittel logo

"Vittel" — öz zəngin xassələrini Fransanın şərqindəki dağlardan götürən təbii mineral su.

“Vittel” öz mineral duzlarının və makroelementlərinin ideal tarazlaşdırılmış unikal tərkibi sayəsində bizim orqanizmimizə lazım olan maddələrin daxil olmasını təmin edir. “Vittel” orqanizmin kalsium ehtiyatını təmin edə bilən və bununla da insanı hər zaman sağlam tuta bilən təbii mənbədir.1,5 litr “Vittel” suyu günlük kalsiumun 15 faizini bizə bəxş edir.

XIX əsrin ikinci yarısından etibarən bütün avropadan insanlar bu suyun canlandırıcı gücünü öz üzərlərində təcrübədən keçirmək üçün gəlirdilər. Bir müddət sonra “Vittelin” adı sözün əsl mənasında dünyanın dörd bir yanında mineral sularla bərabər hallanmağa başladı.

“Vittel” istirahət mərkəzi sağlam görünmək istəyən hər kəsin ziyarətgahı oldu. İnsanlar buraya həyat enerjisi tapmaq, stres və yorğunluqdan azad olmaq üçün gəlirlər. Məhz burada idmançıları olimpiyadalara hazırlayan mərkəz və Aralıq dənizi klubu fəaliyyət göstərir. Bundan başqa əlverişli iqlim və məşhur termal qaynaqlar “Vittel” mineral suları rayonunu aparıcı istirahət mərkəzinə çevirmişdir. Bütün bu xarekretirek xüsisiyyətləri özündə cəmləyən “Vittel” gözəl şərablara və ləziz yeməklərə əlavə olunmaqla dünyəvi şöhrət qazanır. Mineral su olan “Vittel” hər hansı bir restoranın menyusuna fransız incəliyi qata bilər.

Bu sular insanların həm fiziki həm də mənəvi sağlamlıqlarını qorumalarını təmin edir.