Mineral su — aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur.
Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər. Bir qayda olaraq mineral su dedikdə əlavə hazırlıqsız içmək üçün yararlı olan və bioloji aktivliyə malik su qəbul olunur, lakin hamı tərəfindən qəbul olunan beynəlxalq təsnifata görə tərkibində duzların qatılığı 1q/l-dən böyük olan suyu mineral hesab edirlər. Duzun qatılıöı 1q/l-dən az olan su süfrə suyu adlanır. Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir. Müalicəvi sulara İstisu, Yesentuki 4, Yesentuki 17, Mahaçkala və s. suları, süfrə sularına Narzan, Yesentuki 20, Kiyev və s. suları və Badamlı, Borjomi, Cermuk, Turşsu həm müalicəvi, həm də süfrə sularına aiddir.
Mineral su mənbələrinin əksəriyyəti Şimalı Qafqazda, Zaqafqaziyada, Ukraynada, Krımda və az miqdarda Orta Asiyadadır. Şimalı Qafqazda mineral su doldurulması ixtisaslaşdırılmış sahələrdən biridir. Burada müalicəvi, müalıcəvi-süfrə və süfrə mineral suları doldurulur.
Azərbaycan mineral sularla zəngindir. Əsas mineral su mənbələri Hacıkənddə, İstisu, Turşsu, Şuşa, Naftalan, Slavyanka, Badamlı, Sirab, Vayxır və digər yerlərdədir. Azərbaycanın ilk qablaşdırılmış mineral suyu Badamlıdı[1]r. Gədəbəy rayonunun Slavyanka suları insan orqanizminə çox faydalıdır və mineral süfrə suyu kimi ölkəmizdə və xaricdə son dövrlər qısa zamanda məşhurlaşmışdır. İstisu çox məşhur mineral su olmaqla Slovakiyadakı KarlovıBarı suyuna bənzəyir. Sirab Borjomiyə oxşar olub, həm də süfrə suyu kimi işlədilir. Son illər Qalaaltı, Sərkar, Qax mineral sularının buraxılması təşkil edilmişdir. Qalaaltı suyu Turskavesk suyuna oxşayır. Darıdağ qələvili arsenli xlorlu hidrokarbonatlı natriumlu suyu əsasən qaraciyər, əsəb sistemi və başqa xəstəliklərin müalıcəsində istifadə edilir.
Mineral suların orqanizmə təsirini həmişə əvvəlcədən müəyyən etmək olmur. Buna görədə onları məhdud miqdarda qəbul etmək lazımdır. Təbii mineral sulardan istifadə etməklə bir sıra xəstəliklərin müalicə olunması hələ çox keçmişdən məlumdur. Bu müalicə növü özünün yüksək inkişaf səviyyəsini XIX əsrdə tapmış və hazırda öz təsir dairəsinə görə yüksək yer tutur. Mineral suları içdikdə onlar selikli qişa vasitəsilə, xaricə qəbul etdikdə isə(vanna qəbul etdikdə) dəridən keçərək orqanizmə təsir edir.
Mineral suyun ionları selikli qişa vasitəsilə sorulur (əsasən nazik bağırsağın yuxarı hissəsində) və qana keçərək bütün orqanizmə yayılır. Beləliklə, həmin ionlar başqa mərhələdə sinir refrektorları vasitəsilə başqa mühitinə də düşür. Mineral suların orqanizmdə yığılıb saxladığı əsas yer qaraciyərdir. Suyun artıq miqdarını qaraciyər o vaxta qədər saxlayır ki, nəhayət nizamlayıcı mexanizm tərəfindən orqanizmdən artıq su xaric edilir.
Orqanizmdən xaric olunan su müxtəlif mübadilə məhsullarını və mineral maddələri də çıxarır. Əgər tərkibində az mineral maddə olan su çox içilərsə orqanizmdə bəzi ionların çatışmazlığı hiss olunur, lakin mineral sular orqanizmdən bəzi ionları çıxarmaqla yanaşı, eyni zamanda, orqanizmə onlara oxşar kimyəvi birləşmələr daxil olur. Orqanizmdə olan nizamlayıcı mexanizmlər oraya daxil olan elektrolitləri çıxarır, lakin bəzi ionlar orqanizmdən tez, bəziləri isə çox yavaş çıxır. Ona görə də mineral suyu uzun müddət qəbul etmək orqanizmdə bir ionun çox, başqasını isə az olmasına gətirib çıxarır.
Mineral sular növündən və tərkibindəki mineral duzların miqdarından, müxtəlif elementlərin (yod, brom, və s.) və qazların (karbon, kükürd, radon) olmasından asılı olaraq insan orqanizminə müəyyən fizioloji təsir göstərir və ona görə də mualicəvi vasitə kimi tətbiq edilir.
Mineral suların tərkibində olan mineral duzların miqdarı adi içməli sudan qat-qat çoxdur. Ən aşağı həd 1 litr suda 2 q., ən yuxarı həd isə 1 l. suda 50 q.-dır. Buna baxmayaraq, təbiətdə tərkibində 1 q/l-dən az mineral duz olan sular da vardır ki, bunlar da müəyyəm dərəcədə orqanizmə müalicəvi təsir göstərir. Tərkibində 50 q/l-dən çox mineral duz olan sular məhlul adlanır.
Mineral suya həddindən artıq durulaşdırılmış duz məhlulu kimi baxmaq olar. Burada duz molekulları ionlara parçalanmış olur. Ona görə də mineral suların tərkibində duz yox, müsbət yüklənmiş hidrogen, natrium, kalsium, maqnezium kationları və onlara bərabər miqdarda mənfi yüklənmiş xlor, sulfat və hidrokarbonat anionları olur.
Mualicəvi məqsədlə işlədilən suyun tərkibində 0,25 q/l-ə qədər karbon qazı, hidrogen-sulfid və radon ola bilər.
Radon – qısaömürlü radioaktiv elementdir. O, radiumun və onun birləşmələrinin parçalanmasından alınır. Təbii mineral sularda radonun miqdarı 10–3-dən 10–11 kuri/-l-ə qədər olur. Təbii mineral sularda bu çox olduqda radonlu su adlanır. Tibbi praktikada radonlu sulardan vannalar təyin olunur və bunun orqanizmin funksiyalarının aktvləşdirmək kimi fizioloji təsiri vardır. Radon və onun parçalanması məhsulları qan damarlarını genişləndirir, maddələr müadiləsini nizamlayır, orqanizmdən bəzi zərərli maddələrin çıxarılmasına kömək edir.
Mineral suların içilməsi nəticəsində ion tərkibinin kəmiyyət və keyfiyyətcə dəyişməsi həyat üçün lazımi sayılan xlor ionu mədənin selikli qişasını qıcıqlandırdiğı üçün vəzilərin sekresiyasını gücləndirir duz turşusunun ifrazını artırır. Bikarbonat ionu selikli qişaya təsir edərək mədə-bağırsaqdakı seliyin olub yuyulmasını müşayiət edir. Tərkibində bikarbonat ionu olan suda natrium ionu da olduqda, belə su " süfrə suyu" kimi tətbiq edilə bilər, çünki susuzluğu yaxşı yatırır. Mineral suların ("Borjom", "Polyana Kvasova", "Berezovski", "Badamlı", "Vayxır", "Sirab" və s.) belə istehlakı qida qəbulundan əvvəl aşağıdakı kimi öz təsirini göstərir. Mədə vəziləri vasitəsi ilə ifraz olunan xlorid turşusu bikarbonat natriumla reaksiyaya girir. HCl + NaHCO3↔NaCl + H2O + CO2Mineral suda olan sulfat ionu maqneziumla birləşərək acı ingilis duzu – MgSO4 əmələ gətirir; sulfat ionu natriumla qlauber duzu – NaSO4 əmələ gətirir. Bu acı duzlar mədənin və bağırsağın motor funksiyasını və ödün ifrazını sürətləndirir.
Suda ionunun olması onun müalicəvi dəyərini artırır, çunki kalsium ionu soyuq dəyməyə qarşı təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini gücləndirir.
Mənşəyinə görə mineral sular təbii mineral suya və süni sürətdə bəzi mineral duzların suda həll olunub CO2 ilə doydurulması yolu ilə alınan süni mineral sulara ayrılır. Mineral sular qazlı (təbii və süni) və qazsız olur.
Təbii mineral suları sufrə və müalicəvi sulara ayırırlar, lakin bəzi müalicəvi sular həm də süfrə suyu kimi istifadə olunur. Sufrə suyunun tərkibində müəyyən miqdarda faydalı mineral maddələr (2 – 8 q/l) vardır və sərinləşdirici xoşa gələn dada malikdir. Müalicə suları müxtəlif xəstəliklərin müalicəsi üçün öz təyinatı üzrə istehlak edilir. Təbii mineral suların tərkibində minerallı maddələr nisbətən çox (8 – 50 q/l) olur və tərkibinə, təsir üsullarına və çıxarıldığı yerə görə təsnifləşdirirlər. Kimyəvi tərkibinə görə mineral suları 6 sinfə bölürlər.
Şimali Qafqazda — "Narzan", " Yesentuki 20", "Yesentuki 17", "Yesentuki 4", "Smirnovski", "Slavyanovski", "Batalinski" və s; Gürcüstanda – "Barjom", "Sairme", "Lugela" və s; Azərbaycanda – " Badamlı", "İstisu", "Turşsu", " Vayxır", "Sirab"və s; Ukrainada – "Naftusya", "Polyana-Kvasova", "Svalyava", "Berezovski", "Mirqorodski", "Kiyev" və s; Moskva yaxınlığında – "Moskovski", Sankt-Peterburq yaxınlığında – "Polyustrovski", Tatarıstanda – "İjevski", Zabaykalyedə — "Darasun", Özbəkistanda – "Daşkənd", "Turşsu" və s. mineral sular vardır.
Mineral sular kimyəvi tərkibindən və süzülmə üsulundan asılı olaraq 4 texnoloji qrupa bölünür:
I texnoloji qrupa daha davamlı, süzülmə zamanı oksidləşməyə məruz qalmayan və kimyəvi tərkibini dəyişməyən mineral sular aiddir.
II texnoloji qrupa kimyəvi tərkibi dəyişikliyə məruz qalan mineral sular aiddir. Onlarda olan CO2, kimyəvi tərkibin stabilizator rolunu oynadığından, belə suyun butulkalara süzülməsi nisbətən CO2-nın ifrat təzyiq altında aparılmalıdır ki, qazsızlaşdırma prosesi minimuma ensin.
İkinci texnoloji qrupa aid olan mineral suların süzülməsinin texnoloji sxemi,, yuxarıdakı sxemlə identik olub , ancaq bütün texnoloji əməliyyatlar yəni nəql etdirilmə, saxlanma və süzmə CO2-nın nisbətən ifrat təzyiqi altında aparılır.
III texnoloji qrupa −1 litrdə 5–70 mq dəmir olan mineral sular aiddir. Bu suların butulkalara doldurulması zamanı butulkada çöküntünün əmələ gəlməsinin qarşısını almaq üçün , dəmirin oksidləşmə və süzmə zamanı qazsızlaşmaya mane olan şəraitin olması vacibdir. Bu məqsədlə mineral suya stabilləşdirici turşular – askorbin və ya limon turşuları əlavə edilir.
Süni mineral sular — xüsusi müəssisələrdə adi içməli sudan hazırlanır; bu suya karbon qazı vurulur və bəzən də kimyəvi cəhətdən saf qələvi duzlar əlavə olunur.
Süni mineral suların çeşidinə soda suyu və selter suyu daxil olur; onlar şortəhər dad verir və susuzluğu yaxşı söndürür. Soda suyu qazlı suda həll edilmiş içməli soda ilə xörək duzunun məhlulundan ibarətdir.; selter suyu qazlı suda həll edilmiş soda, xörək duzu , kalsium –xlorid və natrium –xlor məhlulundan ibarətdir.
Süni mineral sulardan "Selter suyu", "Sodalı", Süfrə suyu" daha çox istehsal edilir. "Selter suyu" ilk dəfə sərinləşdirici içki kimi yayılmışdır. Onun adı Almaniyadakı Niderselters dağlıq yerinin adı ilə adlanır. Hələ keçən əsrdə rus kimyaçısı Çalavskiy bu suyu tədqiq edərək müəyyən etmişdir ki, yerli əhali bu sudan ürək-damar və mədə bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirmiş. Eyni zamanda Niderselters suyu çox dadlı idi, lakin onun miqdarı geniş miqyasda eksport üçün çatmadığı üçün müxtəlif ölkələrdə süni olaraq "selter suyu" hazırlayırlar. Təbii "selter suyunun" tərkibində dal/q- la aşağıdakı miqdarda maddə vardır: Na2CO3 −13,2, NACl −16,0, KCl- 0,47, MgCl-2,7, NaSO4 — 0,52
K2 SO4 — 2,95, Na3PO4 — 0,13. Bu tərkibə uyğun olaraq süni "selter suyu" aşağıdakı miqdarda müxtəlif duzlardan istifadə etməklə hazırlanır. Natrium karbonat 12–25q və ya 40 q natriun hidrokarbvonat, xörək duzu 10–15q, kalsium xlorid 10–15q, 0,10–0,15q MgCl . Bu duzlardan istifadə olunması müvafiq sdart və ya texniki şərtlərlə müəyyənləşdirilir. Bu duzlardan müəyyən qatılıqda məhlul hazırlanır və onu filtrdən keçirib soyudur, su ilə qarışdırırlar. Beləliklə hazırlanmış duz məhlulu xüsusi rezervuarlarda saxlanılır, oradan dozalaşdırıcı aparatın köməyə ilə butulkalara tökülür, üzərinə karbon qazı ilə doydurulmuş su əlavə edilir.
"Selter suyunu" başqa üsullarla da hazırlayırlar. Bunun üçün xüsusi rezervuarlarda mineral duzların məhlulu ilə qazsız içki hazırlanır, sonra həmin içki istilik dəyişdirici qurğuya verilərək soyudulur, saturatorda qazla doydurulur və təzyiq altında doldurucu maşına verilib butulkalara doldurulur.
"Selter suyu" qələvi xassəli olur, çünli natrium karbonat su ilə birləşdikdə qələvi əmələ gətirir.
Reaksiyanın ion tənliyi aşağıdakı kimi olur.
Avropada hazırlanan "selter suyu" nun tərkibi çox müxtəlifdir, lakin əsas duzlar natrium karbonatdan və xörək duzundan, kalsium xloriddən az miqdarda MgCl- dən də istifadə edilir.
ABŞ-da "selter suyunu" hazırlamaq üçün 1 dal suya 25,5q natrium bikarbonat 18,4q natrium xlorid və 1,4q Natrium sulfat götürülür.
"Sodalı su" "Selter suyu"ndan onunla fərqlənir ki, orada maqnezium-xlor və kalsium-xlor duzları olmur. 1 dal "Sodalı su" hazırlamaq üçün 20–25 q. natrium-karbonat və ya 40 q. natrium-bikarbonat və 10–15 q. natrium-xlorid götürülür.
"Süfrə suyu" "Selter suyu"ndan tamamilə fərqlənir. Onun tərkibində natrium-karbonat və maqnezium-xlor olmur. "Axşana suyu"nu hazırlamaq üçün 1 dal suya 12,6 q. natrium-bikarbonat, 3,8 q. kalsium-xlor və 2,3 q. maqnezium-sulfat götürülür.
"Axşana suyu"nda natrium-bikarbonatın miqdarı 0,08–0,13%, natrium-xlorun miqdarı kalsium-xlorla birlikdə 0,12–0,17% arasında olmalıdır.
"Süfrə suyu"nun dequstasiyası göstərmişdir ki, xloridlərin miqdarı nisbətən çox və bikarbonatın miqdarı az olduqda su yaxşı, xoşagələn dada malik olur.
"Süfrə suyu" doldurulmuş butulkaların ağzına aluminium zərvərəq sarınmış probka qoymaq olmaz, çünki qələvinin təsirindən aluminium reaksiya verir və su bulanıqlaşır. Butulkalara tökülmüş "Sodalı su" və "Selter suyu"nu ticarətə buraxana qədər istehsal yerində horizantal vəziyyətdə saxlamaq lazımdır. Karbon qazının miqdarı kütləyə görə 0,4%-dən az olmamalıdır.
Spirtsiz içkilər istehsalında son illər qazlaşdırılmış sular xüsusi yer tutur. Belə sular təmizlənmiş codluğu aradan qaldırılmış, yumşaldılmış sudan və təzyiq altında karbon qazının vurulmasından hazırlanır. Belə sulara misal olaraq "Bonaqua" , "Akva vita" sularını gösrərə bilərik. Karbon qazı qazlaşdırılımış suların əsas tərkib hissəsidir. Bu qaz suya xüsusi dad verir və bioloji aktivliyini artırır, suyun oynaqlığı və təravətverici xüsusiyyətindən xəbər verir.
Karbon qazı suda həll olduqda karbon turşusu əmələ gətirir. Suda kimyəvi reaksiyaya girərək müxtəlif metalların duzlarını əmələ gətirir. Ona görə saxlandığı metal qaba və betona dağıdıcı təsir göstərir.
Suların saturasiyası üçün karbon qazı təzyiq altında maye hala keçirilir. Temperaturdan və təzyiqdən asılı olaraq bu qaz həm qaz halında, həm də bərk halda ola bilər. — 78,50 temperaturda maye karbon qazı donur və quru buz əmələ gətirir. Bu buz tutqun ağ rəngdə, bərkliyi tabaşirə oxşayır. Quru buz maye qaza nizbətən gec buxarlanır və qaz halına keçir. Qaz halında karbon qazı rəngsiz. Iysiz zəif turş dada malik qazdır. 00 temperaturda təzyiq altında havadan 1,529 dəfə ağırdır 1kq qaz 00 də təzyiq altında 506l həcm tutur. Sıxlaşdırılmış maye hala keçmiş qaz rəngsiz şəffaf asan hərəkət edən mayedir. Polad balonlarda saxlanır. Balondan sərbəst buraxıldıqda çoxlu miqdarda istilik udaraq buxarlanır.
Suyun saturasiyası saturatorlarda və ya karbonizatorla aparılır. Suyun saturasiyası üçün bir neçə üsullardan istifadə edilir. Suyun içərisinə hərəkət edən karbon qazının vurulması, suyun kiçik hissələrə ayrılaraq karbon qazı atmosferinə çilənməsi, suyun keramiki çöküntüdən karbon qazının üzərinə buraxılması, suyun qazla ejektorda qarışdırılması. Saturatorlar çiləyici, qarışdırıcı və kombinə edilmiş olurlar. Suyun qazla doydurulması barbatordan gələn qazla qarışdırılırsa bu saturator qarışdırıcı adlanır. Çiləyici saturator suyu qazın üzərinə ciləməklə işləyir. Kombinə edilmiş saturatorlar yuxarıda göstərilən üsulların hər ikisindən istifadə etməklə işləyir. Suyun karbon qazı ilə yaxşı doydurulması üçün vakuum nasos vasitəsilə sudan hava çıxarılır, sonra karbon qazı vurulur. Belə saturatorlara vakuum saturatorlar deyilir. Son illər fasiləsiz işləyən kombinə edilmiş avtomatik vakuum satoratorlardan istifadə olunur.