Vittoriya Kolonna

Vittoriya Kolonna (it. Vittoria Colonna; 1492, Marino[d], Latsio25 fevral 1547[1], Roma[2]) — Peskara markizası, italyan əsilzadə, İntibah dövrü italyan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri. Həyat yoldaşı əsir düşmüş evli zadəgan qadın olan Vittoriya, İskiyaNeapolun zadəgan dairələri ilə yaxşı münasibətlər qurmağa nail olmuşdu. Vittoriya Kolonnanın erkən yaradıcılığı yalnız 1510-cu illərin sonlarında diqqət çəkməyə başlamış[3], sonradan o, XVI əsr İtalyan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilmişdir. Həyat yoldaşının vəfatından sonra Vittoriya özünü Roma monastırlarından birində qapatmışdır. Ömrünün sonuna kimi dünyəvi insan olaraq qalsa da, monastırda yaşadığı dövrdə dinə baxışı ciddi şəkildə dəyişmiş və qatı dindar olmuşdur. 1537-ci ildə Vittoriya Kolonna Mikelancelo ilə tanış olmuş və ölümünə kimi, Mikelancelonun muzası olmuşdur.[4]

Vittoriya Kolonna
it. Vittoria Colonna
Sebastyano del Pombo tərəfindən təxm. 1520-ci illərdə çəkilmiş "Vittoriya Kolonnanın portreti"
Sebastyano del Pombo tərəfindən təxm. 1520-ci illərdə çəkilmiş "Vittoriya Kolonnanın portreti"
Doğum tarixi 1492
Doğum yeri
Vəfat tarixi 25 fevral 1547[1]
Vəfat yeri
Milliyyəti italyan
Həyat yoldaşı Peskara markizi Fernando D'Avalos
Uşaqları Vasto markizi Alfonso D'Avalos (övladlığa götürülüb)
Atası Paliano hersoqu I Fabritsio Kolonna
Anası Urbino hersoqunun qızı Anyesi di Montefeltro
Fəaliyyəti Peskara markizası
şairə
Əsərlərinin dili italyan dili
Janr poeziya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Union List of Artist Names (ing.). 2018.
  3. Gibaldi, Joseph. "Vittoria Colonna: Child, Woman, and Poet." In Women Writers of the Renaissance and Reformation. Ed. Katharina Wilson. Athens, GA, 1987: pp. 23–24.
  4. "Стихи Микеланджело в переводе Эфроса". 2007-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.04.2023.