Vladimir Viktoroviç Aksyonov (rus. Влади́мир Ви́кторович Аксёнов; 1 fevral 1935[1], Giblitsı[d], Moskva vilayəti – 9 aprel 2024[2], Moskva) — SSRİ təyyarəçi-kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı.
Vladimir Aksyonov | |
---|---|
rus. Владимир Аксёнов | |
Ölkə | |
Hərbi rütbəsi | polkovnik-leytenant |
Doğum tarixi | 1 fevral 1935[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 9 aprel 2024[2] (89 yaşında) |
Vəfat yeri | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Viktoroviç Aksyonob 1935-ci ildə SSRİ-də, Rusiya SFSR-nin Ryazan vilayətinin Kasimov rayonunun Qiblistı kəndində anadan olmuşdur. 1959-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. 1963-cü ildə Ümumittifaq Qiyabi Politexnik İnstitutunu bitirmişdir. 1973-cü ildən kosmonavtlar dəstəsindədir. 15–23 sentyabr 1976-cı ildə kosmik fəzanın tədqiqi və ondan dinc məqsədlərlə istifadə edilməsi sahəsində sosialist ölkələrinin əməkdaşlığı proqramı üzrə keçirilən uçuşda "Soyuz-22" kosmik gəmisinin bort mühəndisi olmuşdur.[3]