Vladimir İqoreviç Arnold (rus. Влади́мир И́горевич Арно́льд, 12 iyun 1937[1][2][…], Odessa[6][7][…] – 3 iyun 2010[3][1][…], XII arondisman[8])[9] — elmin dinamik sistemlər, hamar inikasların məxsusiyyət nəzəriyyəsi, topologiya, cəbri həndəsə və klassik mexanika kimi sahələrində çalışmış Rusiya riyaziyyatçısı[10].
Vladimir Arnold | |
---|---|
rus. Владимир Игоревич Арнольд | |
| |
Doğum tarixi | 12 iyun 1937[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyun 2010[3][1][…] (72 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | peritonit |
Dəfn yeri | |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Andrey Kolmoqorov |
Tanınmış yetirmələri |
Sabir Hüseynzadə, Askold Xovanskiy, Aleksandr Qivental, Aleksandr Varçenko, Viktor Vasilyev |
Üzvlüyü | |
Mükafatları | |
mi.ras.ru/~arnold | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası, riyaziyyatçı İqor Vladimiroviç Arnold (1900—1948) RSFSR Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü və Moskva Dövlət Universitetinin professoru olmuşdur. Anası, mədəniyyətşünas Nina Aleksandrovna Arnold (1909—1986) Puşkin muzeyində işləmişdir.
Hələ Moskva Dövlət Universitetinin üçüncü kursunda təhsil alarkən müəllimi Andrey Kolmoqorov ilə birlikdə Hilbertin on üçüncü problemini həll edərək dünya riyaziyyat ictimaiyyəti tərəfindən tanınmağa başlayan Arnold 1961-ci ildə namizədlik, 1963-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun "Klassik və səma mexanikasında hərəkətin dayanıqlılığı məsələləri" adlı doktorluq dissertasiyası sonralar yaradıcıları Kolmoqorov, Arnold və Mozerin şərəfinə adlandırılmış KAM-nəzəriyyənin əsas mənbələrindən biri olmuşdur.
Arnold 1961-ci ildən 1986-cı ilə qədər Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1986-cı ildən ömrünün sonuna qədər Steklov adına Riyaziyyat İnstitutunda, 1993-cü ildən 2004-cü ilə qədər isə paralel olaraq Paris-Dofin Universitetində işləmişdir. Rusiyalı alimlər arasında ən çox istinad olunan alimdir.[11]
Arnold 1984-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1990-cı ildə isə həqiqi üzvü seçilmişdir. Həmçinin London Riyaziyyat Cəmiyyətinin (1976) fəxri üzvü, ABŞ Milli Elmlər Akademiyasının (1983), Paris Elmlər Akademiyasının (1984), London Kral Cəmiyyətinin (1988), Amerika Fəlsəfə Cəmiyyətinin (1990) xarici üzvü olmuşdur.
1981-ci ildə kiçik planetlərdən biri onun şərəfinə 10031 Vladarnolda adlandırılmışdır.