Vladimir Bartol (24 fevral 1903[1][2] – 12 sentyabr 1967[1][2], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR[3]) — sloveniyalı yazıçı. Ən məşhur əsəri 1938-ci ildə yazdığı "Ələmut" romanıdır. "Ələmut" əsəri sonradan bir çox dillərə çevrilmi və dünya səviyyəsində Sloveniya ədəbiyyatını təmsil edən əsərlər sırasına qatılmışdır.
Vladimir Bartol | |
---|---|
Doğum tarixi | 24 fevral 1903[1][2] |
Vəfat tarixi | 12 sentyabr 1967[1][2] (64 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Anası | Marisa Nadlişek Bartol[d] |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı, dramaturq, esseist |
Fəaliyyət illəri | 1927-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Bartol 24 fevral 1903-cü ildə indiki Triestin yaxınlığında Sveti İvan kəndində doğulmuşdur. O vaxtlar Triest Avstriya-Macarıstan imperiyasının tərkibində olub, indi İtaliya sərhədlərinə daxildir. Qreqor Bartol və Marica Bartol Nadlisekin üçüncü uşağı idi. Ata-anası ona son dərəcə geniş təhsil vermişdi. Anasından rəsm və biologiya öyrəndi. Avtobioqrafiya şəklində yazdığı hekayələrində Bartol özünü həddindən həssas, zəngin bədii təxəyyül gücü olan və bir az da qəribə uşaq kimi göstərir.
Kiçik avtobioqrafik hekayələrində Bartolun bir çox fərqli mövzu ilə maraqlandığını görmək olar: biologiya, psixologiya incəsənət, teatr və ədəbiyyat. Bir elm olaraq kəpənəklər topladı və onları araşdırdı.
Vladimir Bartol orta təhsildən sonra biologiya və fəlsəfə təhsilini də Lyublyana Universitetində tamamladı. Ziqmund Freydin araşdırmalarını diqqətlə oxumuşdur. 1925-ci ildə məzun oldu və araşdırmalarına Parisin Sarbonna Universitetində davam etdi. Sonra Sloveniya Elmlər və Sənətlər Akademiyasına üzv seçildi, Lyublyanaya qayıtdı və 12 sentyabr 1967-ci il tarixinə qədər burada çalışmışdır. Qəbri Lyubliyanadakı Cjale məzarlığındadır.