Jale Mərkəzi qəbiristanlığı (sloven. Centralno pokopališče Žale), və ya sadəcə Jale — Lyublyana və Sloveniyadakı ən böyük və mərkəzi qəbiristanlıqdır. Bejiqrad rayonunda yerləşir və Jale İctimai Şirkəti tərəfindən idarə olunur.
Qəbiristanlıq | |
Jale qəbiristanlığı | |
---|---|
Ölkə | |
Yerləşdiyi yer | Lyüblyana şəhər icması[d] |
Əsası qoyulub | 1906 |
Dəfn sayı |
|
46°04′16″ şm. e. 14°31′55″ ş. u. | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəbiristanlıq 1906-cı ildə Müqəddəs Xaç Kilsəsinin arxasında inşa edilmişdir. İlk dəfn eyni il mayın 3-də, keşiş Martin Malenšekin köhnə Navje qəbiristanlığından oraya köçürüldüyü zaman edildi. Birinci Dünya Müharibəsi illərində, müxtəlif yerlərdən olan həyatını itirən əsgərlərin çoxu Jaledə dəfn edildi. Bununla birlikdə, buradakı qəbirlərin hamısı Roma Katoliklərinə mıxsusdur. Protestantlar, Yəhudilər və Müsəlmanlar isə Navjedə basdırılmışdır. 1923-cü ildə səlahiyyətlilər yəhudilərin və müsəlmanların Jaledə lakin qəbiristanlıq divarının xarici tərəfində dəfn edilməsinə icazə verdilər.
1931-ci ildə qəbiristanlığın yeni hissəsi (B hissəsi) açıldı. Burada İtalyan hərbi qəbiristanlığı quruldu və çox sayda italyan əsgəri A hissəsindən gətirilərək burada basdırıldı. Elə həmin il qəbiristanlığın yəhudi hissəsi də düzəldildi, lakin əsas hissədən hasarla ayrıldı. 1939-cu ildə memar Edvard Ravnikar tərəfindən Birinci Dünya Müharibəsi qurbanları üçün ümumi qəbir inşa edildi və burada bu müharibənin və əlaqəli münaqişələrin qurbanlarının 5258-i dəfn edildi.
Lyublyanın böyüməsi ilə qəbiristanlıqlara ehtiyac da artır. 30-cu illərdə qəbiristanlıq Lyublyananın mərkəzi qəbiristanlığı elan edildi və genişlənməsi planlaşdırıldı. "Plehnik Jale" qəbiristanlığı adlanan yeni hissə 1942-ci ildə tamamlandı. Bu böyük tağ ilə monumental giriş, müxtəlif kiçik ibadətgahlar və bəzi əlavə binalardan ibarət xüsusi bir memarlıqdır.
1968-ci ilə qədər Jaledə yalnız tabut dəfnləri edilirdi, lakin həmin ildə Jale Krematorium adlı bölmə inşa edildi və ölüyandırma adəti ilə dəfn olunmuşlar üçün məzarlıqlar da istifadəyə verildi.
1974-cü ildə C hissəsinin inşası ilə qəbiristanlıq yenidən genişləndi. C hissəsi memar Peter Kerşevan tərəfindən hazırlanmışdır. 1988-ci ildə Marko Muşih tərəfindən hazırlanan D hissəsi (sloven. Nove Žale - "Yeni Jale") istifadəyə verilidi.
2008-ci ildə qəbiristanlığın sahəsi 375,000 m2 olaraq ölçülmüşdür və Tomahevo (sloven. Tomačevska cesta) küçəsinin şərqində və yolun qərb hissəsində yerləşən A, B və C hissələrindən ibarətdir. Qəbiristanlığın beşinci hissəsi olan Plehnik Jale dəfn üçün deyil, dəfn öncəsi mərasimlər və əlaqəli qəbiristanlıq fəaliyyətləri üçün nəzərdə tutulmuşdur. Jaledə 150.000-dən çox insan dəfn edilmişdir, bunlardan təxminən 2000 nəfəri görkəmli şəxslərdir. Jalenin bütün sahəsi Sloveniyanın mədəniyyət abidəsi elan edilmişdir.