Vladimir Yakovleviç Kaçalov (rus. Влади́мир Я́ковлевич Кача́лов) - Sovet Sosialist Respublikaları İttifaqının hərbi xadimi. Böyük Vətən Müharibəsinin ilk dövründə 28-ci Ordunun komandanı olmuş general-leytenant. 1941-ci ildə sovet-alman müharibəsi başlayan zaman Kaçalov Arxangelsk hərbi dairəsinin tərkibində yaradılmış 28-ci Ordunun komandanı olmuşdur. Sözügedən ordu 21 iyul tarixində onun rəhbərliyi altında Qərb cəbhəsinə göndərilmişdir.
Vladimir Kaçalov | |
---|---|
rus. Влади́мир Я́ковлевич Кача́лов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qorodişenski, Rusiya imperiyası |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Smolensk, Rusiya SFSR |
Vəfat səbəbi | itkin düşüb |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | rus |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Qızıl ordu |
Qoşun növü | süvari, piyada |
Hərbi hissə |
Şimali Qafqaz Hərbi Dairəsi Arxangelsk Hərbi Dairəsi 28-ci Ordu |
Xidmət illəri |
Rusiya imperiyası (1911-1917) SSRİ (1918-1941) |
Rütbəsi | General-leytenant |
Döyüşlər |
Rusiyada vətəndaş müharibəsi Birinci Dünya müharibəsi Şərq cəbhəsi Smolensk döyüşü |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
28-ci Ordunun almanlarla apardığı döyüşlər zamanı Kaçalovunda içində olduğu birləşmə Smolensk yaxınlığında itkin düşmüşdür. Sovet xüsusi xidmət orqanları generalın əsir düşdüyünü İosif Stalinə məruzə edirlər. 16 avqust tarixində Ali Baş Komandalıq tərəfindən 270 saylı əmr imzalanmışdır. Əmrdə Kaçalovun və bir necə başqa genaralların adları çəkilərək, qorxaqlıq göstərərək əsir düşməkdə ittiham olunurdular.
Vətənə xəyanətdə günahlandırılan generalın arvadı və qayınatası 8 il müddətinə həbs edilmişdir. Müharibə bitəndən sonra Kaçalovun əsirlikdə olması barədə heç bir məlumat aşkarlanmamışdır. 50-ci illərdə aparılan araşdırmalar zamanı generalın Smolensk vilayəti Stodolişe kəndi yaxınlığında həlak olması barədə informasiya əldə olunur. Buradakı kütləvi məzarlıqda 1952-ci il 6 noyabr tarixində aparılan eksqumasiya nəticəsində cəsədlərdən birinin general Kaçalov olduğu aşkar edilir.
Buna baxmayaraq, onun bəraəti və arvadının azad edilməsi üçün heç bir addım atılmır. Yalnız İosif Stalinin ölümündən sonra, 1953-cü ilin dekabrında Hərbi kollegiya 12 il əvvəl çıxardığı hökmü ləğv edir, Vladimir Kaçalovun həlak olması qəbul edilir.
Vladimir Kaçalov 1890-cı ilin 27 iyul tarixində Volqoqrad vilayətinin indiki Qorodişenski rayonu, Qorodişçe kəndində anadan olmuşdur. Atası kəndli idi, lakin Vladimir doğulduqdan qısa müddət sonra Tsaritsına köçür və burada çəkməçi kimi işləməyə başlayır. Ardıcıl olaraq Paroxial məktəbini, şəhər məktəbini və 1910-cu ildə Xarkov Ticarət Məktəbini bitirmişdir.
1910-cu ildən etibarən Rusiya İmperator Ordusunun piyada alayında könüllü kimi xidmətə başlamışdır. 1912-ci ildə ehtiyata buraxılmaq şərti ilə ordudan tərxis olur və mühasib işləyərək bir tərəfdən də instituta daxil olmağa hazırlaşmışdır. 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlaması və Rusiya imperiyasının müharibənin tərəflərindən biri kimi mübarizəyə qoşulmasından sonra Kaçalov yenidən orduya çağırılmışdır.
1914-cü ildə Kazan gizirlər məktəbində praporşik rütbəsi almaq üçün imtahan vermişdir. 1914-cü ilin sonunda 23-cü Sibir Ehtiyat Alayının kiçik zabiti, 1915-ci ildə isə Cənub-Qərb və Rumıniya cəbhələrində vuruşduğu 58-ci Praqa Piyada Alayının bölük komandiri təyin olunmuşdur.
Fevral inqilabı sonra əvvəlcə alay təsərrüfatının rəisi, sonra isə alayın xüsusi komandiri təyin olunmuşdur. 1918-ci ilin fevralında bolşevik rəhbərliyi tərəfindən köhnə ordu buraxıldıqdan sonra Kaçalov Tsaritsına şəhərinə qayıtmışdır. Bir müddət sonra yenidən Rus ordusuna qayıdaraq kapitan rütbəsinə qədər yüksəlmişdir.[1]