Vladimir Kitayev

Vladimir Nikolayeviç Kitayev (rus. Владимир Николаевич Китаев; 22 fevral (6 mart) 1855, Ryazan quberniyası[d]3 yanvar 1920, Naqasaki) – Rusiya general-mayoru.

Vladimir Kitayev
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral (6 mart) 1855
Doğum yeri
Vəfat tarixi 3 yanvar 1920(1920-01-03) (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Rütbəsi general-mayor
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni "Rusiya–Osmanlı müharibəsinə (1877–1878) görə" medalı "III Aleksandrın xatirəsinə" medalı "Çində hərəkata görə" medalı "Cüt əjdaha" ordeni

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Vladimir Kitayev 22 fevral 1855-ci ildə Rusiya imperiyasının Ryazan quberniyasında fəxri vətəndaşların ailəsində doğulmuşdur. Hərbi xidmətə 1873-cü ildə başlamışdır. 1876-cı ildə Sankt-Peterburqda yerləşən Dəniz Akademiyasını bitirmişdir. 1 may 1876-cı ildə Qara dəniz donanmasının qardemarini və 2-ci Qara dəniz ekipajının üzvü olmuşdur.[1]

30 avqust 1877-ci ildə miçman rütbəsinə yüksəlmişdir. 1881–1882-ci illərdə "Tuapse" gəmisinin səyahətlərində iştirak etmişdir. 1 yanvar 1882-ci ildə leytenant rütbəsinə yüksəlmişdir. Daha sonra Rusiya Könüllülər Donanmasında xidmət göstərmişdir. 29 aprel 1893-cü ildə "Yaroslavl" gəmisinin kapitanı olmuşdur. 6 dekabr 1898-ci ildə "xüsusi xidmətlərinə görə" ikinci dərəcəli kapitan rütbəsinə yüksəlmişdir. 6 oktyabr 1899-cu ildə Baş Dəniz Qərargahına göndərilmişdir. 27 oktyabr 1900-cü ildən 8 mart 1903-cü ilə qədər ailəvi səbəblərə görə hərbi xidmətə fasilə vermişdir.[1]

10 noyabr 1903-cü ildə Sankt-Peterburq çay polisinin rəis köməkçisi olmuşdur. 17 aprel 1905-ci ildə polkovnik-leytenant, daha sonra polkovnik rütbəsinə yüksəlmişdir. 6 iyun 1910-cu ildə general-mayor olmuşdur.[1]

Oktyabr inqilabındanRusiya vətəndaş müharibəsindən ölkəni tərk edərək Yaponiyaya qaçmışdır. 3 yanvar 1920-ci ildə Yaponiyanın Naqasaki şəhərində ölmüş və Naqasakidə yerləşən rus qəbiristanlığında dəfn olunmuşdur. Məzar nömrəsi 257-dir.[1]

1878-ci ildə "Rusiya–Osmanlı müharibəsinə (1877–1878) görə" medalı, 1888-ci ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 1896-cı ildə "III Aleksandrın xatirəsinə" medalı, 6 dekabr 1896-cı ildə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni, 22 sentyabr 1900-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni, 1902-ci ildə "Çində hərəkata görə" medalı, 22 aprel 1907-ci ildə 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni, 18 aprel 1910-cu ildə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur. 24 may 1904-cü ildə Çinin 1-ci dərəcəli "Cüt əjdaha" ordeninə layiq görülmüşdür.[1]

Natalya Aleksandrovna Berx ilə evli olmuşdur. Vladimirin qardaşı Sergey Kitayev də dənizçi olmuş, Yaponiya incəsənətinin kolleksiyaçısı kimi tanınmışdır. O da Yaponiya ölmüşdür.[2]

  1. 1 2 3 4 5 "Китаев Владимир Николаевич". Rusiya Federasiyasının Yaponiyadakı səfirliyi (rusca). 22 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2023.
  2. "Наталья Александровна Берх". 22 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]