Vladimir Leqoşin

Vladimir Georgiyeviç Leqoşin (rus. Владимир Георгиевич Легошин; 27 may 1904, Bakı, Rusiya İmperiyası-21 dekabr 1954, Moskva, SSRİ) — SSRİ kinorejissoru, üçüncü dərəcəli Stalin mükafatı laureatı (1951)

Vladimir Leqoşin
rus. Владимир Георгиевич Легошин
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti aktyor
Mükafatları "Stalin" mükafatı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı
IMDb ID0499407

Vladimir Leqoşin Bakı Mərkəzi İşçi Klubunun dram studiyasında fəaliyyət göstərən Qırmızı gənclər evindəki studiyada oxumuşdur. Rəssam və jurnalist işləməklə yanaşı həmçinin kinostudiyada filmlərə çəkilirdi. 1924-cü ildə Bakı teatr texnikumunu bitirdikdən sonra Moskvaya köçmüşdür. Burada o ömrünün sonlarına qədər müxtəlif kinostudiyalarda kino sahəsində fəaliyyətini davam etdirmişdir. Həmçinin dublyaj ustası kimi də məşhur idi.

  1. Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) (tammetrajlı bədii film)
  2. Nəhəng tarakan (cizgi filmi, 1927) — (səsli variantın rejissoru)
  3. Xoşbəxtlik haqqında nəğmə (film, 1934) — (Mark Donskoy ilə birlikdə)
  4. Tənha yelkən ağarır (film, 1937)
  5. Əsgər cəbhədən gəlirdi (film, 1939)
  6. Sualtı əsirlikdə (film, 1942) (qısametrajlı bədii film)
  7. Təkbətək döyüş (film, 1944)
  8. Onların Vətəni var (film, 1949) — (Aleksandr Faynssimmer ilə birlikdə)

Adlar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • Üçüncü dərəcəli Stalin mükafatı (1951) — "Onların Vətəni var" (1949) filminə görə
  • ГАНЕЛИНА И. Владимир Легошин // 20 режиссерских биографий. — М., 1971.