Vladimir Otradinski

Vladimir Vladimiroviç Otradinski (rus. Владимир Владимирович Отрадинский; 9 (22) mart 1904, Tiflis22 oktyabr 1970, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1956).

Vladimir Otradinski
rus. Владимир Владимирович Отрадинский
Doğum tarixi 9 (22) mart 1904
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 1970(1970-10-22) (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti teatrkino aktyoru
Fəaliyyət illəri 1925–1970
Teatr
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1956 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1941
"Şərəf nişanı" ordeni — 1959

Vladimir Otradinski 9 (22) mart 1904-cü ildə Tiflisdə anadan olmuşdur. 1925-ci ildə Tiflisdəki teatr studiyasını bitirmişdir. Elə həmin ildən peşəkar səhnə fəaliyyətinə başlamışdır. Maqnitoqorsk və Sverdlovskdakı teatrlarda işləmişdir. 1934-cü ildə Azərbaycan Dövlət Rus Dram Teatrının truppasına daxil olmuşdur.[1][2]

Müxtəlif xarakterli rolların ifaçısı olan Otradinskinin yaradıcılıq fəaliyyətinə kəskin satirik və komik obrazlar daha yaxın olmuşdur. Aktyor 22 oktyabr 1970-ci ildə Bakıda vəfat etmişdir.[3]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]
  • "Kreml saatı", Nikolay Poqodin — Zabelin
  • "Vaqif", Səməd VurğunVaqif
  • "Nazirin xanımı", Branislav Nuşiç — Ninkoviç
  • "Hamam", Vladimir Mayakovskiİvan İvanoviç
  • "Bir stəkan su", Ejen Oqüst — Bolinqbrok
  • "Qağayı", Anton ÇexovDorn
  • "Fiqaronun toyu", Pyer BomarşeQraf Almaviva
  • "Orfey cəhənnəmə düşür", Tenessi Vilyams — Ceyb Torrens
  • "Afrodita adası", Aleksis Parnis — Eduard Vilson
  • "Nikbin faciə", Vsevolod Vişnevski — Zabit
  • "Təyinat", Aleksandr Volodin — Ata
  • "Qanadlar", Aleksandr KorneyçukFyodor Tereşenko
  • "Məkr və məhəbbət", Fridrix ŞillerVurm
  • "Vassa Jeleznova", Maksim QorkiSergey Petroviç
  • "Barbarlar", Maksim Qorki — Sergey Siqankov
  • "Günəş övladları", Maksim Qorki — Pavel Protasov
  • "Şıltaq qızın yumşalması", Vilyam ŞekspirBaptista
  1. Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 4. НежинСярев. М.: Советская энциклопедия. 1965. стб. 234. 40 500 экз.
  2. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 178–180. ISBN 978-9952-8306-3-7.
  3. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 394–395.