Vladimir İvanoviç Paruşin (rus. Владимир Иванович Парушин; aprel 1897, Bakı – 1938) — Azərbaycan-sovet inqilabçısı, dövlət xadimi. Siyasi repressiyaya uğramışdır.
Vladimir Paruşin | |
---|---|
rus. Владимир Иванович Парушин | |
1929 – 1932 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | aprel 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Partiya |
Vladimir İvanoviç Paruşin 1897-ci ilin aprel ayında Bakıda anadan olmuşdur.[1]
1913–1917-ci illərdə Bakıda Qaraşəhərdə fəhləlik etmiş, inqilabi fəaliyyətə qoşulmuşdur. 1917-ci ilin may ayında bolşeviklər partiyasına daxil olmuş, 1917–1918-ci illərdə Qırmızı qvardiya sırasında əksinqilabçılara qarşı vuruşmuşdur. Azərbaycan Kommunist Partiyasının 1-ci qurultayının nümayəndəsi olmuşdur.[1]
Vladimir Paruşin 1920–1929-cu illərdə Bakıda qırmızı qvardiya rəisi, Qaraşəhər inqilab komitəsinin sədri, Fabrik-Zavod Rayon Sovetinin sədri, Bakı Soveti sədrinin müavini, Azərbaycan K(b)P Şəhər Rayon Komitəsinin məsul katibi işləmişdir. 1929–1934-cü illərdə Azərbaycan K(b)P Mərkəzi Nəzarət Komissiyasının sədri – xalq fəhlə-kəndli müfəttişliyi komissarı, Zaqafqaziya AXTŞ sədrinin müavini olmuş, Estoniyada xarici ticarət nümayəndəliyində çalışmışdır.[1][2]
Vladimir Paruşin Azərbaycan K(b)P-nin 2–9-cu, UİK(b)P-nin 10, 15-ci qurultaylarında, 16-cı konfransında iştirak etmiş, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Azərbaycan K(b)P Mərkəzi Nəzarət Komissiyasının, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.[1]