Vladimir Vladimiroviç Pozner (rus. Владимир Владимирович Познер) — SSRİ, ABŞ və Rusiya televiziya jurnalisti və aparıcısı, Rusiya Televiziyası Akademiyanın birinci Prezidentı (1994–2008).
Vladimir Pozner | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Fransa, Paris |
Vətəndaşlığı |
Rusiya ABŞ Fransa |
Həyat yoldaşları |
1)Valentina Çemberci 2)Yekaterina Orlova 3)Nadejda Solovyova |
Atası | Vladimir Aleksandroviç Pozner |
Anası | Jeraldin Lütten |
Fəaliyyəti | jurnalist, televiziya aparıcısı, yazıçı, tərcüməçi, qastronomçu, redaktor, radioaparıcı[d] |
Fəaliyyət illəri | 1961-ci ildən |
Partiyası | |
pozneronline.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Vladimiroviç Poznerin atası Rusiyadan 1922-ci ildə mühacirət edən,[1] Vladimir Aleksandroviç Pozner (1908–1975)[2] adlı bir yəhudi idi.[3] Anası isə fransız Jeraldin Lütten (1910–1985) idi.[4] Vladimir Vladimiroviça atasının şərəfinə ad verdilər və bir katoliki kimi Paris Notr-Dam kilsəsində vəftiz etdilər.[5] Rusiya və Fransa yazıçısı, Vladimir Solomonoviç Pozner onun qohumudur.[6]
Poznerin valideynləri onun beş yaşına qədər rəsmən evlənməmiş idilər. Vladimirin yaşı üç ayı olan kimi, anası onu ABŞ-yə aparıb.[1]
Publisist Sergey Smirnovun fikrincə, Vladimir Pozner Vremena proqramında tarixi faktları təhrif edirdi və manipulyasiya texnologiyaları iştədirdi.[7] 2018-ci ildə Yevgeniya Albats da, Al Jazeera kanalının efirində Poznerin o zaman çıxan proqramını təbliğat maşını (ing. propaganda machine) adlandırıb. Bundan əvvəl stdusiyadan çıxan Pozner[8] az sonra verdiyi açığlamada Al Jazeera kanalını təbliğat kanalı olaraq saydığını yazmışdı.[9]