Vladimir Qorelov (rus. Горелов, Владимир Михайлович) - Polkovnik rütbəli Sovet ordusunun zabiti, SSRİ-nin Polşanı işğalı və Böyük Vətən müharibəsinin iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı. Qorelov öz təsadüfi ölümü ilə SSRİ-də məşhurluq qazanmışdır. O, 1945-ci ilin 28 yanvar tarixində Polşanın Poznan şəhəri yaxınlığında həlak olub.
Vladimir Qorelov | |
---|---|
rus. Горелов, Владимир Михайлович | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kolışkino, Vladimir vilayəti, Rusiya |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Poznan yaxınlığı, Polşa |
Vəfat səbəbi | Keflənmiş sovet əsgərləri ilə mübahisə konteksində güllələnmişdir |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet ordusu |
Xidmət illəri | 1928–1945 |
Rütbəsi | polkovnik |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sovet dövründə zabitin ölümünün detalları açıqlanmamışdır. Qorelovun komandiri olmuş marşal Mixail Katukov öz xatirələrində onun ölümünü axmaq təsadüf adlandırıb. Hadisə baş verən gün sovet əsgərləri Polşanın Poznan şəhəri yaxınlığında almanların özləri ilə aparmağa macal tapmadıqları yüklərə rast gəlmişdilər. Onların arasında alkoqollu şnaps içkisi də vardı. Əsgərlər doyunca içəndən sonra yerli əhaliyə qarşı zorakılığa başladılar.
Baş verənlərdən xəbər tutan Katukov əsgərlərin hərəkətlərinə son qoymaq üçün Vladimir Qorelovu göndərir. Hadisə yerinə gedən polkovnik talançılıq edən əsgərləri intizama dəvət edir, tribunalla hədələyir və məhz bu zaman keflənmiş sovet əsgərləri onlara tutulan iradlara etiraz olaraq polkovniki güllələyib öldürürlər. Vladimir Qorelovu konkret kimin öldürməsi və onun sonrakı aqibəti barədə məlumat yoxdur.