Vladiqafqaz dəmiryolu

Zaqafqaziya dəmiryoluRusiya imperiyasında özəl dəmir yolu. 1875-1885-ci illərdə Rostov-Vladiqafqaz Dəmir Yolu Cəmiyyəti, 1885-1918-ci illərdə Vladiqafqaz Dəmir Yolu Cəmiyyəti adlandırılıb.

Dəmiryolu xətti
Vladiqafqaz dəmiryolu
Ölkə Rusiya imperiyası
Şəhərlər
Uzunluğu 2511 km
Başlayır Vladiqafqaz
Bitir Rostov-na-Donu
Tikilmə tarixi 1872
İstismara verilib 1872-1918
Sahibi Vladiqafqaz Dəmir Yolu Səhmdar Cəmiyyəti
Şpalları taxta
Sürət 80 km/saat
Vəziyyəti Milliləşdirilib
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yol Kuban, Terek, Dağıstan, Don qoşunları, Qara dəniz, Stavropol, Həştərxan, Saratov vilayətlərinin ərazisindən keçirdi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Rostov-Vladiqafqaz dəmir yolu səhmdar cəmiyyətinin nizamnaməsi 1872-ci ildə təsdiq edilmişdir. Səhmdarlara iri kapitalın nümayəndələri: A.İ.Putilov, A.İ.Vışneqradski, A.A.Davıdov, çar ailəsinin üzvləri, saray aristokratiyası daxil idi. Vladiqafqaz dəmir yolunun Yekaterinodar və Tixoretski hissələrinə rəhbərlik etmiş Teraşkeviç qardaşları haqqında məlumat var. Texnoligiya mühəndisi İosif İosifoviç Teraşkeviç Yekaterinodar deposunun (Yekaterinodar), texnoloji mühəndis Ludoslav-Severin İosifoviç Teraşkeviç isə Tixoretsk emalatxanalarının rəisi idi. Yolun baş idarəsi Sankt-Peterburqda, yolun idarəsi isə Rostov-na-Donuda olub. Yol Rusiyada ən gəlirli yollardan biri idi. Tikinti Voljsko-Kamski Bankının kreditləri hesabına maliyyələşdirilib.

İstismarı[redaktə | mənbəni redaktə et]

1895-1896-cı illərdə dəmir yolu Amerika Birləşmiş Ştatlarından 80 parovoz almışdı.[1]

1913-cü il üçün yolun uzunluğu 2511 km, o cümlədən 684 km iki yollu hissələrdir. Yolun hərəkət heyətinə 795 parovoz, 19 525 yük vaqonu, 827 sərnişin vaqonu daxil idi.

Vladiqafqaz dəmir yolu lokomotivlərin neftlə qızdırılmasının istifadəsinə ilk keçənlərdən biri oldu. Buna yol boyu neft yataqlarının olması və onun ucuz istehsalı imkan vermişdi.

Yolda onlarla depo və dörd böyük dəmir yolu emalatxanası tikilmişdi. Rostov-na-Donuda (indiki Rostov elektrovoz təmiri zavodu), Vladiqafqazda (indiki Vladiqafqaz vaqon təmiri zavodu), Novorossiyskdə (indiki Novorossiysk vaqon təmiri zavodu). ), Tixoretskaya (indiki Tixoretsk maşınqayırma zavodu) olan müəssisələr hazırda da fəaliyyət göstərir. Novorossiyskdə dəmir yolu Rusiyada ilk mexanikləşdirilmiş elevatoru istifadəyə vermişdi (48240 ton üçün). Yol həmçinin stansiyalarda da elevatorlar tikmişdi: Tixoretskaya, Staniçnaya, Armavir, Naqutskaya, Kursavka; Dərbənddə balıq soyuducu anbarı (177 min ton üçün), 30 neft anbarı, Qroznı və Novorossiyskdə neft kəmərləri vardı.[2] Yol Qara dənizdə 5 yük dokuna (onlardan 2-si elevator idi), bir neft tanker parkına, bir buzqıran gəmiyə və Qroznıda neft emalı zavoduna (gündə 1930 ton neft gücünə) sahib idi.

Dəmir yolunda istismar edilən mürəkkəb beş oxlu buxar lokomotivi

Dəmir yoluna məxsus 23 dəmir yolu məktəbində 5600 şagird təhsil alırdı.

1918-ci ilin sentyabrında Vladiqafqaz dəmir yolu milliləşdirilərək Xalq Dəmir Yolları Komissarlığına verildi. 2006-cı ildən yolun əsas xətləri Şimali Qafqaz Dəmir Yolunun, bəzi xətlər isə Volqa Dəmiryolunun bir hissəsidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Навсегда останется в истории Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine Газета «Железнодорожник Белоруссии» № 39 от 26.05.2021
  2. РГИА, ф. 446, оп. 30, д. 14. Доклад № 134 от 5 мая 1900 г. «Об открытии движения на ветви Владикавказской жел. д. от Ст. Петровск до Дербента».

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Воейков А. И. Владикавказская железная дорога  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Спутник пассажира по Владикавказской железной дороге и прилегающей к ней части Северного Кавказа: Ростов – Владикавказ. Петроград: Тип. т-ва п. ф. «Электро-типография Н. Я. Стойковой». 1915.